SİYASƏT


Bakıda Argentinanın milli bayramı qeyd olunub

Bakı, 24 may, AZƏRTAC

Mayın 24-də Argentinanın Azərbaycandakı səfirliyi ilk milli hökumətin 209-cu ildönümü münasibətilə rəsmi qəbul təşkil edib.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfiri Serxio Osvaldo Perez Qunella çıxış edib. O, iki ölkə arasındakı əlaqələri dərinləşdirmək üçün böyük potensialın olduğunu qeyd edib.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Fərid Abdinbəyov tədbirdə çıxış edərək Azərbaycan Hökuməti adından Argentina xalqını milli bayram münasibətilə təbrik edib.

Qəbulda rəsmi şəxslər, xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət xadimləri iştirak ediblər.

Tədbirdə, həmçinin yerli rəqqaslar tərəfindən tanqo şousu nümayiş olunub və Argentinanın milli mətbəxinin təamları qonaqlara təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.