İQTİSADİYYAT
Bakıda “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriləcək
Bakı, 7 mart, AZƏRTAC
Martın 14-15-də Bakıda “Argus Mineral Gübrələr 2019. Xəzər-Qara dəniz regionunda istehsal və logistika” konfransı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans Azərbaycan, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistanın mineral gübrə istehsalçılarını, beynəlxalq ticarət şirkətlərini, Türkiyə, Ukrayna və Şərqi Avropadan olan distribüterləri, nəqliyyat-logistika şirkətlərini bir araya gətirəcək. Tədbirin əsas partnyoru kimi SOCAR çıxış edir. Konfrans iştirakçıları üçün martın 15-də Sumqayıtdakı “SOCAR karbamid” zavoduna səfər təşkil olunacaq.
Konfrans çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev, “Argus” şirkətinin Rusiya, MDB və Baltikyanı ölkələr üzrə bürosunun rəhbəri Mixail Dubik və bazarın aparıcı iştirakçılarının çıxışı planlanlaşdırılır.