İQTİSADİYYAT


Bakıda Astana şəhərinin turizm potensialı haqqında təqdimat olub VİDEO

Bakı, 15 avqust, Aygün Həsənova, AZƏRTAC

Bakıda Qazaxıstanın paytaxtı Astananın turizm potensialı haqqında təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində “EXPO-2017” ilə bağlı videoçarx nümayiş olunub.

Azərbaycanla Qazaxıstanın qardaş ölkələr olduğunu diqqətə çatdıran Qazaxıstanın Azərbaycandakı səfirliyinin konsulu Nurbek Almaşov ölkələrimiz arasında turizm əlaqələrinin genişləndiyini vurğulayıb. Astananın gənc, müasir bir şəhər olduğunu deyən konsul iştirakçılara ölkəsində keçirilən “EXPO-2017” haqqında ətraflı məlumat verərək azərbaycanlı turistləri sərgini ziyarət etməyə dəvət edib.

Qazaxıstanın aparıcı turizm şirkətini təmsil edən Anastasiya Dirkina müasirliyi ilə yanaşı, arxitekturası və modern binaları ilə bu gün diqqət çəkən gənc Astanaya gələn turistlərin günbəgün artdığını bildirib. A.Dirkina hər iki ölkənin geniş turizm potensialına malik olduğunu vurğulayıb. O, Azərbaycanın “EXPO-2017” sərgisində layiqincə təmsil olunduğunu, Azərbaycan pavilyonunun sərgidə ən çox ziyarət edilən 10 məkandan biri olduğunu deyib.

Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Leyla Verdiyeva ölkələrimiz arasında turizm sahəsində qarşılıqlı əlaqələr barədə geniş məlumat verib. Ölkəmizdən Qazaxıstana turist axınının olduğunu bildirən L.Verdiyeva, həmçinin Azərbaycana hər il təxminən 30 min qazax turistin gəldiyini də bildirib. O, gələcəkdə bu rəqəmin daha da artacağına ümidvar olduğunu vurğulayıb.

Sonra iştirakçılara Azərbaycanın və Qazaxıstanın turizm potensialı haqqında videoçarxlar təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.