CƏMİYYƏT


Bakıda “Atalar və qızlar” festivalı keçiriləcək

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 14-də Bakıda 11 oktyabr - Beynəlxalq Qızlar Günü münasibətilə “Atalar və qızlar” festivalı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, festivalın məqsədi atalar və qızları arasında mənəvi bağları daha da gücləndirmək, onların birgə asudə vaxt keçirilmələrini təmin etməkdir.

Saat 14:00 – 18:00-dək davam edəcək festival zamanı musiqili proqram, müxtəlif şoular, yarışlar, müsabiqələr və viktorinalar keçiriləcək. Festivalda gənc ata və qızları pazl və saçhörmə yarışları, “Səssiz film” və “Xəbəri uşaqdan al” oyunlarında iştirak etmək şansı qazanacaqlar. Festival iştirakçıları, həmçinin kloun və sehirbaz şoularını da izləyəcəklər. Tədbirdə, həmçinin qızlar üçün xüsusi olaraq “Face art” və karikatura çəkilişləri təşkil olunacaq.

Festivalda iştirak etmək istəyənlər www.festival.nayora.az portalına müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.