İQTİSADİYYAT


Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək

Bakı, 4 iyun, AZƏRTAC

İyunun 13-də Bakıda Avropa İttifaqı-Azərbaycan biznes forumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirə Azərbaycanda biznes mühiti mövzusu üzrə plenar sessiya, o cümlədən hökumət rəsmiləri və şirkət nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatı, əlaqələndiricilik və turizm sektorları üzrə paralel panel müzakirələri daxildir.

Biznes forum Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.