İDMAN


Bakıda Avropa Şurası Konvensiyası ilə bağlı tədbir keçirilib

Bakı, 15 oktyabr, AZƏRTAC

Oktyabrın 15-də Bakıda “Futbol oyunları və digər idman tədbirləri zamanı təhlükəsizlik, mühafizə və xidmət məsələlərinə vahid yanaşma haqqında Avropa Şurası Konvensiyası” ilə bağlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Avro-2020”nin Bakıda keçiriləcək oyunlarına təhlükəsizlik əməliyyatları hazırlığı ilə əlaqədar Avropa Komissiyasının “Tamaşaçı zorakılığı” üzrə Avropa Konvensiyasının daimi komitəsinin ölkəmizdə məsləhət səfərində olan nümayəndə heyəti, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Gənclər və İdman Nazirliyinin və AFFA-nın əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.