MƏDƏNİYYƏT


Bakıda Avropa Tolerantlığı Festivalı davam edir

Bakı, 13 may, AZƏRTAC

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə mayın 1-dən 15-dək Bakıda “Imagine” Avropa Tolerantlığı Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, Argentinanın ölkəmizdəki təşkilati dəstəyi ilə mayın 13-də “Ganjlik Mall Cinema Plus”da "50 Chuseok" filmi nümayiş etdirilib. Argentinadakı Koreya icmasının 50 illiyinə həsr olunmuş sənədli filmdə koreyalıların məişətindən və mədəniyyətindən söhbət açılır.

Filmin rejissoru Tameye Qarateqaydır. Baş rollarda Çanq Sunq Kim və Xuan Palominu çəkiliblər.

Film böyük maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.