MƏDƏNİYYƏT


Bakıda “Avropa haqqında düşüncələr” sərgisi açılacaq

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 10-da Muzey Mərkəzinin incəsənət qalereyasında “Avropa haqqında düşüncələr” mövzusunda sərgi açılacaq.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan sərgidə Azərbaycan rəssamlarının Avropa ölkələrinə həsr olunmuş əsərləri nümayiş olunacaq. Fırça ustalarımızın müxtəlif illərdə çəkdiyi rəsmlərdə onların Avropa ölkələri barədə düşüncələri, Avropanı necə gördükləri öz əksini tapıb.

Sərgi iyunun 15-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.