Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda “Azərbaycan-2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda Beynəlxalq seminar-treninq keçirilir

Bakı, 16 may (AZƏRTAC). Mayın 16-da “Hilton Baku” otelində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) təşkilatçılığı və maliyyə dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan-2020: elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi” mövzusunda Beynəlxalq seminar-treninq işə başlamışdır.

AZƏRTAC xəbər verir ki, Ukrayna Milli Texniki Universiteti-“Kiyev Politexnik İnstitutu” (UMTU “KPİ”) ilə birgə təşkil olunmuş tədbir çərçivəsində “Qrant layihələrinin idarə olunmasının hüquqi aspektləri” üzrə keçirilmiş seminarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və ölkənin ali təhsil müəssisələrinin əməkdaşları, dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, ziyalılar, tanınmış mütəxəssislər, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişlər.

Tədbirdə EİF-in icraçı direktoru Elçin Babayev ölkəmizdə elmin dinamik inkişafından, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin elmə, təhsilə göstərdikləri diqqət və qayğıdan danışmışdır.

E.Babayev bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənməsi üzrə strateji fəaliyyətdə uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı formalaşdırmaq, elmtutumlu texnologiya, məhsul (iş və xidmətlər) yaradılmasını sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi ölkənin strateji inkişaf istiqamətlərindən biri kimi göstərilmişdir. Eyni zamanda, bu sahədə kompleks tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.

Həmçinin, ölkədə innovativ iqtisadiyyatın yaradılması məqsədi ilə elm və istehsalat arasındakı əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına müvafiq aparılması üçün zəruri mexanizmlərin yaradılması qarşıya mühüm vəzifə kimi qoyulmuşdur. Konsepsiyaya əsasən, iqtisadi məqsəd və resurslar, bilik və mədəniyyət sahəsinin vəzifələri ilə informasiya texnologiyalarının inkişafı arasındakı əlaqələrin müəyyənləşdirilməsi uzunmüddətli dövr üçün əqli mülkiyyətə dair Milli Strategiyada və müvafiq Dövlət Proqramında əksini tapan innovasiya potensialının inkişafına da kömək edəcəkdir.

İnkişaf Konsepsiyasında müəyyən edilən vəzifələrin həlli dövlət qurumları, elmi institutlar, beynəlxalq təşkilatlar və digər aidiyyəti strukturlarla sıx əməkdaşlıq əlaqələrinin qurulmasını tələb edir.

Qeyd olunmuşdur ki, yaxın illərdə qabaqcıl dünya təcrübəsindən istifadə etməklə Azərbaycanda informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq yeni bilik və texnologiyaların istifadəsini, mənimsənilməsini və yayılmasını təmin edən milli innovasiya sisteminin formalaşdırılması prosesi də tamamlanacaqdır.

Daha sonra E.Babayev qrant layihələrinin idarə olunmasının hüquqi aspektləri barəsində geniş məlumat vermişdir.

Fondun icraçı direktoru beynəlxalq treninqin tərəflər üçün uğurlu olacağına əminliyini bildirmiş, iştirakçılara müvəffəqiyyətlər arzulamışdır.

UMTU “KPİ”-nin “Diplomdan sonrakı təhsil” təhsil-metodiki kompleksinin direktoru İnna Malyukova birgə layihələrin əhəmiyyətini, EİF ilə səmərəli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. Azərbaycanda elmin sürətlə inkişaf etdiyini söyləyən ukraynalı mütəxəssis bu işdə EİF-in fəaliyyətini xüsusi qeyd etmiş, onun təcrübəsinin ukraynalı alimlər və fondlar üçün örnək olduğunu bildirmişdir.

Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş olunmuşdur.

Müəllif Hüquqları Agentliyinin (MHA) sədri Kamran İmanov seminar-treninqdə çıxış edərək bildirmişdir ki, bugünkü tədbir ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr edilmişdir. Məhz Ulu Öndərin uzaqgörənliyi və fitri proqnozlaşdırma istedadı Azərbaycanın müasir əqli mülkiyyət sistemini qurmağa imkan yaratmışdır. Keçmişi izah etmək üçün ilahi vergidən, bu günü anlamaq üçün istedaddan, gələcəyi görmək üçün dahilikdən daha artıq nemətlər varisi olan Heydər Əliyev dövlətimizin digər istiqamətləri ilə yanaşı, əqli mülkiyyət sahəsinin gələcəyinin cizgilərini də təxminən iyirmi il əvvəl çəkmişdir. Tam əminliklə deyə bilərik ki, ümummilli lider Heydər Əliyev Azərbaycan müəllif-hüquq sisteminin yaradıcısıdır. Onun zəngin irsi bizim üçün ən dəyərli əqli mülkiyyətdir.

Rəhbərlik etdiyi qurum ilə Elmin İnkişafı Fondu arasında əməkdaşlıqdan danışan K.İmanov demişdir ki, EİF-ə daxil olan bütün layihələr MHA-da qeydiyyatdan keçirilir və ortaya çıxan suallar agentlik tərəfindən müvafiq qaydada cavablandırılır.

MHA-nın sədri hər iki qurum arasında səmərəli əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirmişdir.

AMEA-nın müxbir üzvü Səlahəddin Xəlilov Azərbaycanda elmin inkişafında, elm adamlarının əməyinin dəyərləndirilməsində, milli Elmlər Akademiyasının yenidən qurulmasında və fəaliyyətinin genişləndirilməsində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərini qeyd etmişdir.

Ölkənin aparıcı universitetlərində elmin inkişafının təmin edilməsinin, universitetlərin nəzdində müvafiq sahələr üzrə elmi-tədqiqat institutlarının yaradılmasının əhəmiyyətini qeyd edən S.Xəlilov elm haqqında qanunun xalqın müzakirəsinə verilməsinin vacibliyini vurğulamışdır. Bildirilmişdir ki, Azərbaycanın gələcək inkişafının əsas təməl prinsipləri bu qanunda ehtiva olunacaqdır.

Alim təklif etmişdir ki, qanun layihəsi tezliklə ümumxalq müzakirəsinə çıxarılsın, elmin maliyyələşməsi məsələlərində dönüş yaratmaq məqsədi ilə yeni dəyişikliklər edilsin və bu proseslərdə EİF-in fəaliyyəti genişləndirilsin.

Milli Məclisin elm və təhsil komitəsinin üzvü, professor Musa Qasımlı ulu öndər Heydər Əliyevin AMEA-ya böyük diqqət və qayğısından söz açmışdır. M.Qasımlı Azərbaycanda elmin inkişafında və dünya elminə inteqrasiyasında EİF-in fəaliyyətini yüksək dəyərləndirmiş, fondun daha böyük nailiyyətlər əldə edəcəyinə inandığını bildirmişdir.

Tədbirdə qeyd olunmuşdur ki, Beynəlxalq seminar-treninq “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının elmin inkişafı sahəsində müəyyənləşdirdiyi vəzifələrin həyata keçirilməsi sahəsində atılmış addımlardan biri sayıla bilər və elmi nəticələrin kommersiyalaşdırılması, innovasiya fəaliyyətinin gücləndirilməsi üzrə mütəxəssislərin hazırlanması istiqamətində böyük əhəmiyyət kəsb edir.

EİF-in yaradılmasında, formalaşmasında və fəaliyyətində bu quruma dəstək vermiş şəxslər, bəzi dövlət qurumları, idarə və təşkilatlar fondun diplomları ilə təltif olunmuşlar.

Tədbir çərçivəsində EİF ilə Ukrayna Milli Texniki Universiteti-“Kiyev Politexnik İnstitutu” arasında əməkdaşlığa dair memorandum imzalanmışdır.

Sənədi E.Babayev və İ.Malyukova imzalamışlar.

Sonra “Elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması və texnologiyaların transferi” üzrə treninq öz işinə başlamışdır.

Ukraynanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən keçirilən treninq mayın 17-də başa çatacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib