Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Azərbaycan–Avropa İttifaqı biznes forumu keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

İyunun 5-də Bakıda IV Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilib.

Əvvəlki illərdə olduğu kimi, bu biznes foruma da maraq böyük olub. İqtisadiyyat Nazirliyinin, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyi və Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə rəsmi şəxslər, beynəlxalq təşkilatların, səfirliklərin, ticarət palatalarının nümayəndələri, eləcə də Azərbaycandan 300-dən çox, Avropa İttifaqına daxil olan ölkələrdən isə 100-dən artıq iş adamı iştirak edib. Ümumilikdə, biznes foruma 800-ə yaxın iştirakçı qatılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə biznes dairələrin məlumatlandırılması, Azərbaycan və Avropa İttifaqı iş adamları arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının geniş müzakirə edildiyi biznes forumda ölkəmizdə həyata keçirilən iqtisadi islahatlara dair plenar sessiya, kənd təsərrüfatı və qida, tikinti və maşınqayırma, nəqliyyat və logistika, İKT və elektron ticarətə dair 4 panel iclas, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

İqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov artıq ənənəvi olaraq keçirilən biznes forumdan keçən müddətdə Azərbaycan-Avropa İttifaqı əlaqələrində, eləcə də Azərbaycanın sosial-iqtisadi həyatında bir sıra mühüm yeniliklərin baş verdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycanın xarici siyasətində Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi mühüm istiqamətlərdəndir və əlaqələr həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə inkişaf edir. Azərbaycan Respublikasının Prezidenti 2017-ci ildə, ümumilikdə isə son 10 ildə Avropa İttifaqına 7 səfər edib, rəhbər şəxslərlə görüşlər keçirib və müzakirələr aparıb. Avropa İttifaqının bir sıra qurumlarının rəhbər şəxsləri ölkəmizdə səfərdə olublar. Azərbaycan və Aİ arasında müxtəlif sahələri əhatə edən hüquqi baza yaradılıb.

İqtisadiyyat nazirinin müavini vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2017-ci ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 42 faiz olub və 9,4 milyard dollar təşkil edib. 2018-ci ilin ilk 4 ayında isə bu göstərici 15 faiz təşkil edib və 3,7 milyard dollar olub. Son 5 ildə Avropa İttifaqı Azərbaycana 15,3 milyard ABŞ dolları investisiya yatırıb. Azərbaycanda 1500-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir. Avropa İttifaqının bir sıra ölkələri (Almaniya, Fransa, Avstriya, İtaliya, Yunanıstan, Polşa və s.) ilə Azərbaycan arasında ticarət palataları fəaliyyət göstərir. 2012-ci ildən indiyədək Avropa İttifaqına üzv ölkələrlə 130-a yaxın tədbir keçirilib.

Azərbaycan Avropa İttifaqının əsas enerji partnyorlarındandır. Bu yaxınlarda açılışı olmuş ”Cənub Qaz Dəhlizi” layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Yaxın vaxtlarda TANAP layihəsi də istifadəyə veriləcək və bu layihə Azərbaycan qazını birbaşa Avropaya çatdıracaq.

Avropa İttifaqının 24 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması, 17 üzv ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması sazişləri, 9 üzv ölkə ilə Strateji Tərəfdaşlıq bəyannamələri imzalanıb, 16 üzv ölkə ilə 17 Hökumətlərarası Komissiya və İşçi Qrupu, İdarəetmə Komitəsi fəaliyyət göstərir.

Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAIEX, SIGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində indiyədək Azərbaycana 600 milyon avroya yaxın dəstək göstərilib.

Rüfət Məmmədov qeyd edib ki, hazırda Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması məqsədilə iqtisadi islahatlar davam edir. Artıq Qida Təhlükəsizliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı, Turizm, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət agentlikləri, İpoteka və Kredit Zəmanət Fondu yaradılıb. Qarşıda duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, bu sahədə ixracın artırılması və ixracın diversifikasiyasıdır. Bu məqsədlə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafına dəstək göstərilməsi, tranzit imkanlarından səmərəli istifadəyə dair müxtəlif tədbirlər həyata keçirilir.

Yoxlamaların dayandırılması 2021-ci ilə kimi uzadılıb, "Lisenziyalar və icazələr" portalı istifadəyə verilib. Hazırda qanunvericilik təkmilləşdirilir, inzibati proseduralar sadələşdirilir, elektron xidmətlərin tətbiq dairəsi genişləndirilir, vergi və gömrük sahəsində islahatlar aparılır. Bundan başqa, 5 sənaye parkı, 4 sənaye məhəlləsi yaradılıb. Artıq sənaye parklarına 2,5 milyard dollar investisiya yatırılıb, qarşıdakı illərdə isə sənaye parklarına investisiya qoyuluşunun artacağı gözlənilir. Sənaye parklarında 11 mindən çox yeni iş yeri yaradılıb. Tranzit potensialının reallaşdırılması üçün 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, bu il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi açılıb. İxracın genişləndirilməsi üçün "Made in Azerbaijan" brendi təşviq olunur, ixracatçılar üçün 11 dövlət dəstəyi mexanizmi tətbiq olunur.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas, Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit çıxışlarında əvvəlki Azərbaycan-Aİ biznes forumları ilə müqayisədə builki foruma daha çox iştirakçının qatıldığını qeyd edib, Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr və əməkdaşlığın genişləndirilməsi imkanları barədə danışıblar. Lourens Meredit vurğulayıb ki, Azərbaycan hökumətinin iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər və iqtisadiyyatın müxtəlif sahələrində aparılan islahatlar təqdirəlayiqdir və Aİ tərəfindən yüksək qiymətləndirilir. Bildirib ki, bu tədbirlər və aparılan islahatlar innovativ, rəqabətqabiliyyətli ixraca yönəlmiş, iqtisadiyyatın şaxələndirilməsini dəstəkləyən tədbirlərdir. Azərbaycanın "Doing Business" hesabatında da yüksək nəticələr göstərdiyini bildirən Lourens Meredit diqqətə çatdırıb ki, Aİ Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi istiqamətində gördüyü işləri, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını, dövlət-özəl sektor əməkdaşlının genişlənməsini alqışlayır.

Sonra Alman-Azərbaycan Xarici Ticarət Palatasının şöbə müdiri Nigar Bayramlı Aİ-nin Azərbaycanın biznes mühitinə dair 2018-ci il üzrə hesabatını təqdim edib. Vergilər naziri Mikayıl Cabbarov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev çıxışlarında hesabatda öz əksini tapmış məsələlərlə bağlı fikirlərini bölüşüb, həmçinin müvafiq sahələrdə həyata keçirilən islahatlar və görüləcək işlər barədə məlumat verib, islahatların davamlı olacağını vurğulayıblar.

Azərbaycan-Avropa İttifaqı biznes forumu panel iclaslarla öz işini davam etdirib.

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara həsr olunmuş panel iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Dünya Bankının Azərbaycan üzrə ölkə rəhbəri Naveed Həsən Naqvi, Avropa Komissiyasının Şərq Qonşuluğu və Danışıqların Genişlənməsi üzrə Baş Direktoratın Şərq Qonşuluğu üzrə direktoru Lourens Meredit, Britaniya Biznes Qrupunun sədri Con Paterson müvafiq olaraq Azərbaycan iqtisadiyyatına, ölkəmizdə aparılan islahatlara və onların nəticələrinə, həyata keçiriləcək tədbirlərə dair fikirlərini bildiriblər. Con Paterson qeyd edib ki, Azərbaycanda çoxlu sayda şirkətlər fəaliyyət göstərir və aparılan islahatlar onların səmərəli fəaliyyəti üçün əlverişli şərait yaradır. Britaniya Biznes Qrupunun sədri diqqətə çatdırıb ki, son illər ərzində Azərbaycanda aparılan iqtisadi islahatlar daha çox investoru ölkəyə cəlb edib. Lourens Meredit isə bildirib ki, Azərbaycanda Qida Təhlükəsizliyi və Kiçik və Orta Sahibkarlığın İnkişafı agentliklərinin yaradılması təqdirəlayiq haldır, "ASAN xidmət” mərkəzlərindən məmnunluq səviyyəsi yüksəkdir və insan kapitalının inkişafı istiqamətində çoxsaylı addımlar atılır.

Kənd təsərrüfatı və qida sahəsinə dair paneldə çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov, Fransa səfirliyinin iqtisadi xidmət şöbəsinin rəhbəri Serge Krebs, "Brightman" şirkətinin direktoru Afət Əhmədova, Meyvə və Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova, Aİ-nin Azərbaycan nümayəndəliyinin layihə rəhbəri Rainer Freund, "Danone" şirkətinin Qafqaz üzrə ölkə rəhbəri Zubair Xan aqrar sahənin qeyri-neft sektorunun mühüm istiqamətlərindən olduğunu, bu sahənin ərzaq təhlükəsizliyinin təmin olunmasında önəmini qeyd edib, aqrar sektorda görülən işlər və həyata keçirilən layihələr, eləcə də aparılan islahatlar və onların nəticələri barədə məlumat veriblər.

Tikinti və maşınqayırma panelində İtaliya səfirliyinin nümayəndəsi Umberto Boeri, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin müdir müavini Elxan Əsədov və müvafiq sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri müvafiq sahənin inkişafından, reallaşdırılan layihələrdən və bu sektorun inkişaf perspektivlərindən danışıblar.

Nəqliyyat və Logistika panelində Litvanın Azərbaycan və Türkmənistan üzrə səfirliyinin nümayəndəsi Dalija İqnataviciute, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Dünya Bankının baş mütəxəssisi Nicat Vəliyev və şirkət təmsilçiləri “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın nəqliyyat-tranzit potensialı, nəqliyyat və logistikanın ölkə iqtisadiyyatının prioritet sahələrindən olmasından, bu sahədə Aİ ilə əməkdaşlıq imkanlarından danışıblar.

Yunanıstan səfirliyinin idarə rəhbəri Vasilios Sitarasın, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru Azər Bayramovun və müvafiq sahədə fəaliyyət göstərən iş adamlarının çıxış etdiyi İKT və Elektron Ticarət panelində isə müvafiq sahənin inkişafı istiqamətində görülən işlər, əldə olunmuş nəticələr və perspektivlər diqqətə çatdırılıb.

Azərbaycan-Aİ biznes forumu işgüzar dairələr arasında ikitərəfli görüşlərlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir

N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz

“Clarivate” şirkətinin nümayəndəsi seçilmiş jurnalların əməkdaşları üçün təlim keçəcək

Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb

“Şuşa İƏT Gənclər Paytaxtı - 2024” beynəlxalq proqramının keçirilməsinə dair öhdəlik protokolu imzalanıb

Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib

Canını Vətənə fəda edənlər – Elçin Şükürov

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsinin qaydaları açıqlanıb

Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb

Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib

ABB Ağdaş filialını da yeniləyib

Naxçıvanda saxta zeytun yağları satış dövriyyəsindən kənarlaşdırılıb

“İnsanlıq əleyhinə cinayət: soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar” mövzusunda konfrans keçirilib

Sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində AYNA-nın loqosu olacaq

Taksilərdə nağdsız ödəniş üçün pos-terminallar quraşdırılacaq

Taksi fənərləri ilə bağlı tələb müəyyənləşib

Qərbi Azərbaycan yallıları ilə bağlı kitabın təqdimatı olub

Akademik Əhəd Canəhmədov Niderlandda beynəlxalq tədbirdə elmi məruzə ilə çıxış edib

Azərbaycanla Misir arasında qida məhsullarının dövriyyəsini genişləndirmək məsələsi müzakirə olunub

Beynəlxalq turizm portalı Azərbaycanla bağlı yazı dərc edib

AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib

“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır

Buraxılış tarixi on beş ildən çox olan avtomobillər taksi kimi fəaliyyət göstərə bilməyəcəklər

Sumqayıtda yolların təmirinə başlanılıb VİDEO

Şokoladın həddindən artıq yeyilməsi baş ağrıları və qan təzyiqinin dəyişməsinə səbəb ola bilər

Ağciyər Xəstəlikləri İnstitutunda Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunan elmi-praktik konfrans keçirilib

“The Nation” qəzeti: ABŞ söz və fikir azadlığını qoruduğunu bildirir, lakin jurnalistlərin qətlinin təşkilində iştirak edir

Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydasında dəyişiklik edilib

"IELTS imtahanına təşviq" layihəsi çərçivəsində 300 nəfər uğurlu nəticə əldə edib

Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib

Niyazinin mənzil-muzeyində Əməkdar artist Arif Manaflı ilə görüş

Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb

Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib

Azərbaycan və Türkiyə birgə tarixi film çəkəcəklər

“Azərbaycanda sürüşmə hadisələrinin kataloqu” Moskvada nəşr edilib

Korsikanın muxtariyyətinə dair qanun layihəsi qəbul olundu, deputat etiraz etdi: Bu, buxovdur

Birinci Beynəlxalq Opera Festivalının ən gənc iştirakçıları çıxışa hazırlaşırlar

Taksilərin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiqlənib

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb

Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması məqsədilə daxili müsahibə elan edilir

Kino Agentliyində “Kinematoqrafiya haqqında” Qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılır

Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib

Bakı şəhərətrafı dəmir yolu nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları təsdiqlənib

“Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1048-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti üzrə subsidiya verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Federasiya rəsmisi: “Böyük İpək Yolu” beynəlxalq turnirinin keçirilməsi ölkəmizdə boksun inkişafına müsbət təsir göstərəcək

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 5 avqust tarixli 279 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 173 nömrəli Qərarı ilə təsdiq edilmiş “Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qafqazşünaslıq İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş dəyirmi masa keçirilib

Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozadan

Şərqşünas alimin məqaləsi Tehranda çap olunub

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb

Latviyanın xarici işlər naziri istefa verib

Beynəlxalq ekspert: COP29 Azərbaycanın iqtisadi mövqeyini gücləndirməsi üçün strateji fürsətdir - MÜSAHİBƏ

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycanın daha 2 boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar