Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Bakıda Azərbaycan-Çin iqtisadi əlaqələrinə dair beynəlxalq konfrans keçirilib

Bakı, 21 sentyabr, AZƏRTAC

Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında İqtisadiyyat İnstitutunun və Çin İctimai Elmlər Akademiyası (ÇİEA) İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə “Azərbaycan-Çin iqtisadi əməkdaşlığı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransa AMEA İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim Müzəffərli moderatorluq edib.

Tədbirdə Azərbaycan-Çin münasibətlərinin tarixindən danışan AMEA-nın prezidenti, akademik Akif Əlizadə ölkələrimiz arasında dostluq əlaqələrinin qədim tarixi köklərə malik olduğunu deyib. Alim bildirib ki, iki min il əvvəl təməli qoyulmuş qədim İpək Yolu xalqlarımız arasında dostluq münasibətlərinin əsasını qoyub. 1992-ci il aprelin 2-də Azərbaycan ilə Çin arasında diplomatik əlaqələrin yaradılması isə hər iki ölkənin tarixində yeni, vacib bir səhifə açıb.

AMEA-nın rəhbəri vurğulayıb ki, 25 il ərzində ölkələrimiz arasında əməkdaşlıq durmadan inkişaf edib. Əgər 1992-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,5 milyon ABŞ dolları təşkil edirdisə, bu göstərici 2016-cı ildə 500 dəfə artaraq 770 milyon ABŞ dollarına çatıb. Dünya bazarında neftin qiymətinin aşağı düşməsinə baxmayaraq ölkələrimiz arasındakı ticarət əlaqələri genişlənməkdə davam edib. Hazırda Çin Azərbaycanın beş böyük ticarət tərəfdaşından biridir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Çin Xalq Respublikasına səfərinin müstəqillik illərində əlaqələrin mühüm başlanğıc nöqtəsi olduğunu xüsusi vurğulayan A.Əlizadə 2015-ci ildə Prezident İlham Əliyevin Çinə səfər etdiyini və keçirilən görüşlərin ölkələrimiz arasında əməkdaşlığın inkişafına zəngin töhfələr verdiyini bildirib.

Müştərək elmi əlaqələrdən söz açan AMEA-nın prezidenti deyib: “Dünyanın əhalisinə görə birinci, iqtisadiyyatına görə ikinci yerdə olan nəhəng dövləti ilə elmi və ədəbi əlaqələrin qurulması əhəmiyyətlidir. Eyni zamanda, AMEA-nın rəhbərliyi də 2015-ci ildə Çinə səfər edib və burada İctimai Elmlər Akademiyasında müxtəlif formatda görüşlər keçirib”. A.Əlizadə iki qurum arasında əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Alim vurğulayıb ki, əlaqələrin daha da möhkəmləndirilməsi üçün Çin hökuməti Azərbaycan ilə birgə səylər göstərməyə, münasibətlərin qarşıdakı 25 illik tarixini birgə yazmağa hazırdır. O, konfransın iqtisadi əməkdaşlığın genişlənməsinə, ölkələrimiz arasındakı münasibətlərin intensiv inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.

ÇİEA-nın prezidenti Van Veyquan vurğulayıb ki, hazırda Azərbaycan-Çin əməkdaşlığının sürətli inkişaf mərhələsinə başlanılıb. “Bir kəmər - bir yol” layihəsinin əhəmiyyətindən danışan V.Veyquan ölkəsinə bu təşəbbüsə görə ayrılan vəsaitlər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Avrasiya materikinin döyünən ürəyi olan Azərbaycanın əlverişli coğrafi mövqeyi bu ölkəni Çin üçün strateji tərəfdaşa çevirir.

V.Veyquan bildirib ki, rəhbərlik etdiyi qurum 1977-ci ildən müstəqil ali elmi təşkilat kimi fəaliyyət göstərən ən böyük elmi-tədqiqat mərkəzlərindən biridir. Dünyanın ən tanınmış dövlət xadimləri və məşhur Nobel mükafatı laureatları bu akademiyada olub, görüşlər keçiriblər. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev 1994-cü il martın 9-da Çinin İctimai Elmlər Akademiyasının alimləri qarşısında dərin məzmunlu nitq söyləyib və bu elmi-tədqiqat qurumunun fəaliyyətini dünyada qəbul edilən tanınmış əsas elmi mərkəzlərdən biri kimi yüksək dəyərləndirib.

Çinin Azərbaycandakı səfiri Vey Cinhua ədəbi əlaqələrimizin tarixindən danışıb, ölkələrimiz arasında münasibətlərin dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını vurğulayıb. Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən səfir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini bildirib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çox sayda sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.

“Azərbaycan–Çin münasibətləri: müasir baxış və perspektivlər” mövzusunda məruzə ilə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, iqtisadi inkişafına görə dünyanın lider ölkələrindən sayılan Çin həm Şərq, həm də Qərb intibahının mərkəzlərindən biri olub. Çinin inkişafına tarixi İpək Yolu böyük rol oynayıb. Qədim İpək Yolunun mərkəzində isə Azərbaycan yerləşir. Bizim eradan əvvəl Azərbaycandan keçən karvan yolları Avropadan Çinədək ticarətlə yanaşı, elm və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Çin sivilizasiyanın beşiyidir. Bu ölkənin sivilizasiyası ancaq Misir sivilizasiyası ilə müqayisə oluna bilər. Qafqazın qədim sivilizasiya beşiyi olan Azərbaycan isə Misir və Çin sivilizasiyaları arasında körpüdür.

İ.Həbibbəyli deyib: “Çində həyata keçirilən “Bir kəmər – bir yol” layihəsi bu ölkənin iqtisadi prioritetlərindən biridir. Şərqi və Qərbi birləşdirəcək Bakı-Tbilisi-Qars isə XXI əsrin dəmir İpək Yoludur”. Azərbaycan-Çin ədəbi əlaqələrindən danışan akademik bu münasibətlərin tarixən mövcudluğunu və XXI əsrdə fərqli şəkil aldığını vurğulayıb.

ÇİEA İqtisadiyyat İnstitutu elmi şurasının sədri, professor Pey Çanxun “Bir kəmər – bir yol” layihəsi çərçivəsində Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq” mövzusunda məruzə ilə çıxış edərək ölkəsinin investisiya imkanlarından danışıb. O hər iki ölkədə tədqiqat mərkəzlərinin yaradılması təklifini irəli sürüb.

“Yeni müstəqillik dövründə Azərbaycanın iqtisadi inkişaf strategiyası haqqında” mövzusunda məruzə ilə çıxış edən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə Çinə səfərindən və bu ölkənin iqtisadi modelindən söz açıb. Vurğulayıb ki, Çinin həyata keçirdiyi iqtisadi islahatlar xalqı yoxsulluqdan qurtarıb. Bu ölkənin iqtisadi modeli dünya iqtisadiyyat elminə yeni baxışlar gətirib.

Konfransda ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlərdən bəhs olunub, Çinin iqtisadi təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyi vurğulanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan gimnastları Çexiyada beynəlxalq turnirə qatılacaqlar

Prezident İlham Əliyev: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq

Prezident: Son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti var

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub
Dövlətimizin başçısı tədbirdə çıxış edib YENİLƏNİB VİDEO

FHN: Ötən sutka ərzində 26 halda yanğına çıxış olub

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Buraxılış imtahanlarının nəticələri açıqlanıb: 39 nəfər 300 bal toplayıb

Monqolustanda meşə yanğınları 70 min hektar əraziyə ziyan vurub

Federasiya prezidenti: Belə davam etsək, Azərbaycanda reqbiyə maraq kəskin artacaq - MÜSAHİBƏ

BDU-nun “SABAH” qruplarının tələbələri Fiziologiya İnstitutunda infosessiyada

Ölkə ərazisində əsl yaz havası olacaq...

Cəlilabadda kartof istehsalçıları və ixracatçıları ilə görüş olub

Baş Prokurorluq: Beynəlxalq axtarışa verilmiş şəxslər Rusiyadan ölkəmizə ekstradisiya edilib

Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib

Yapon atlet turnikdə 24 saat ərzində 8940 dəfə dartınıb

“Birlikdə planetimizi yaşıllaşdıraq” adlı ekoloji layihənin icrasına başlanılıb

Nazir: Bu ilin sonunadək tranzaksiyaların əksəriyyəti elektron formata keçəcək

Azərbaycan Texniki Universitetində “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində görüş olub

“Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 sentyabr tarixli 423 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət Əməyin Mühafizəsi Fondunun Əsasnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Qarabağ Universitetində doktorantura səviyyəsi üzrə tədris aparılacaq

Saniyədə 156 trilyon kadr sürəti ilə çəkən kamera yaradılıb

Mütəxəssis: 45 yaşdan sonra kişilər ildə bir dəfə kardioloji “check-up” müayinəsindən keçməlidir

“Qarabağ Universitetinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 noyabr tarixli 4182 nömrəli Sərəncamının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi, Azərbaycan SSR Nazirlər Sovetinin “Stepanakert şəhərində Pedaqoji İnstitutun yaradılması haqqında” 1973-cü il 28 noyabr tarixli 377 nömrəli və “Sovet Azərbaycanın 60-illiyi adına Stepanakert Pedaqoji İnstitutunun müvəqqəti bağlanılması haqqında” 1988-ci il 3 noyabr tarixli 393 nömrəli qərarlarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Paytaxtın abad məhəllələrində minifutbol yarışlarına start verilib

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşları üçün üç yer ayrılıb

AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb

Bakıda koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin maaşına əlavənin müddəti uzadılıb

BMU 10 istiqamət üzrə doktoranturaya qəbul elan edir

Dövlət orqanlarının təsnifatı genişləndirilir

Botanika İnstitutunun alimləri İran ilankölgəsi bitkisinin köklərini fitokimyəvi tədqiq ediblər

“Şükriyyə” tamaşası yenidən Milli Dram Teatrının səhnəsində

Yeni tədqiqat: Qarşıdakı 20 ildə prostat xərçəngi xəstələrinin sayı iki dəfə artacaq

ABŞ prezidentinin köməkçisi Hindistana səfərini təxirə salıb

Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasında əsas məqsəd açıqlanıb

Azərbaycan ilə Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıb

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Fəqan Şahverdiyev: Müsadirə olunan narkotik vasitələrin “qara bazar” qiyməti 116 milyon 815 min AZN təşkil edir

Banqladeşdə yol-nəqliyyat hadisəsində 13 nəfər ölüb

Bahar Muradova: Ailə dəyərlərimizi müxtəlif təhdidlərdən qorumalıyıq

“Sabahın alimləri” XIII respublika müsabiqəsi başlanır

Deputat: Süni adaların yaradılması beynəlxalq konvensiya əsasında yaradılır

Sidney kilsəsində insanlara bıçaqla hücum terror aktı elan edilib

ABŞ-da Donald Trampa qarşı məhkəmə prosesi başlayıb

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbuluna başlanılıb

“Xəzər Hövzəsi Araşdırmaları” proqramı 18 ölkənin nümayəndələrini bir araya gətirib

İri və xırdabuynuzlu heyvanlar dabaq və qarayara xəstəliyinə qarşı peyvəndlənir

İKTA: Hesabatlılıqdan yayınan provayderlər cərimələnib

Türkiyə Qəzzaya daha bir humanitar yardım gəmisi göndərəcək

Basketbol Federasiyasının baş katibi: Qarşımıza qoyulan maksimum hədəfə çatdıq

“İnklüziv təhsildən inklüziv cəmiyyətə” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb

DYP: Avtomobildən ixrac olunan qazın tərkibi normaya uyğun olmalıdır

NASA-nın Mars missiyası maliyyə çətinliyi ilə üzləşib

Şəkidə Ulu Öndərin xatirəsinə həsr olunan futzal turnirində 24 komanda mübarizə aparır

Xəzər dənizində yaradılacaq süni torpaqlarda tikinti fəaliyyəti məcəllənin tələblərinə uyğun həyata keçiriləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Könüllülər üçün “Yaşıl düşüncə maarifləndirmə proqramı” layihəsinə start verilir

"Xalqın mədəni sərvəti" layihəsi Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub

Dövlət Komitəsi rəsmisi: Tikinti ilə bağlı tələblər baxımından qanunvericiliyin təkmilləşdirilməsi zərurətdir

Milli Kitabxanada “Xalq artisti Ramiz Mirişli” adlı kitab sərgisi açılıb

İrpen şəhərinin küçə və prospektlərinin birinə “Azərbaycan” adının verilməsi təklif edilib

“Zirə” klubunun sabiq futbolçusu vəfat edib

Mərkəzi Bankın sədri: Türkiyə digər sahələrdə olduğu kimi, sığorta sahəsində də əsas tərəfdaşımızdır

Əli Hüseynli: Xəzərdə süni torpaq sahələrinin yaradılması yeni imkanlar açacaq

Taleh Kazımov: Sığorta ödənişləri son üç ildə 26,3 faiz artaraq 587 milyon manata çatıb

Nazir: Azərbaycanda rəqəmsal siyasətə dair dövlət strategiyası 3 əsas istiqamət üzərində qurulub

Məhkəmələrin qərarları ilə müsadirə olunmuş 3 tondan çox narkotik vasitə məhv edilib

Sumqayıt Şəhər Prokurorluğunda “Açıq qapı günü”

Dövlət İdarəçilik Akademiyasında “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün təlim keçirilib

"Paris-2024"ə lisenziya qazanan Azərbaycanın 3x3 basketbol millisi Vətənə dönüb

“Yaradıcı müzakirələr” layihəsinə qeydiyyat başlayıb

Qazaxıstanlı politoloq: Cənubi Qafqaz regionunun əhəmiyyəti artır

Azərbaycanda narkotikdən yaranan davranış pozuntularına görə dispanser nəzarətində olanların sayı açıqlanıb

Qərbi Azərbaycan İcması professor Lemkinin adından sui-istifadə edilməsini sərt şəkildə qınayıb

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb