İQTİSADİYYAT


Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib

Bakı, 1 iyul, AZƏRTAC

Azərbaycanda İnvestisiyaların və İxracın Təşviqi Fondunun (AZPROMO) və Hindistanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə iyulun 1-də Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, tikinti, alternativ enerji, İKT, səhiyyə, təhsil, maliyyə, tekstil, qida, logistika, turizm sahələrində fəaliyyət göstərən 100-dək sahibkar iştirak edib.

AZƏRTAC xəbər verir ki, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verən AZPROMO-nun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev indiyədək hər iki tərəfdən işgüzar dairələrin iştirakı ilə biznes forum və işgüzar görüşlər keçirildiyini, Hindistan şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycanda sərgilərinin təşkil olunduğunu qeyd edib. Azərbaycan və Hindistan iş adamları arasında əlaqələrin inkişafının əhəmiyyətini vurğulayan Y.Abdullayev iş adamlarını qarşılıqlı əməkdaşlığı genişləndirməyə çağırıb.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinin hindistanlı iş adamları üçün geniş imkanlar açdığını qeyd edib, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Biznes forumda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.