SİYASƏT


Bakıda Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işə başlayıb

Bakı, 5 noyabr, AZƏRTAC

Noyabrın 5-də Bakıda Azərbaycan-Türkiyə 12-ci yüksək səviyyəli hərbi dialoq iclası işə başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətlərinin geniş tərkibdə iştirak etdikləri iclasda həmsədrlərin çıxışları dinlənib, regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub. Sonra iclas yardımçı işçi qruplarda davam edib.

Noyabrın 7-dək davam edəcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək, eləcə də 2020-ci il üçün fəaliyyət planı razılaşdırılacaq.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi general-polkovnik Metin Gürakdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.