SİYASƏT


Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclası işini davam etdirib

Bakı, 3 iyun, AZƏRTAC

Bakıda Azərbaycan-Türkiyə 13-cü yüksək səviyyəli hərbi dialoq iclası işini davam etdirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə qonaqlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Heydər Əliyev lektoriyasında təşkil edilən “Azərbaycan yalnız deyil!” adlı fotosərgi ilə tanış olub. Sərgidə Azərbaycan və Türkiyə xalqlarının tarixi qardaşlığını, iki dövlət, bir millətin ordularının əməkdaşlığını əks etdirən fotolar və “Qarabağın səsi” videoçarxı tədbir iştirakçılarında böyük maraq oyadıb. Qonaqlara Müdafiə Nazirliyinin nəşri olan “Azərbaycan-Türkiyə qardaşlığının təntənəsi” və “Vətən müharibəsi şəhidləri” adlı kitabların nüsxələri hədiyyə edilib.

Nümayəndə heyətlərinin geniş tərkibdə iştirakı ilə keçirilən iclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub. Sonra iclas yardımçı işçi qruplarda davam edib.

İyunun 4-dək keçiriləcək iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, müdafiə sənayesi və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, iclasın Azərbaycan tərəfdən həmsədri müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Selçuk Bayraktaroğludur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.