İQTİSADİYYAT


Bakıda Azərbaycan, Türkiyə və Pakistan sərgisi açılıb VİDEO

Bakı, 11 aprel, AZƏRTAC

Aprelin 11-də Bakıda Azərbaycan, Türkiyə və Pakistan sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sərgi barədə danışıb. Bildirib ki, sərgidə üç ölkədən 50-dən çox şirkət iştirak edir. Sərgi tibb, kosmetika, tekstil, təbii dəri, idman geyimləri, qida məhsulları, turizm, inşaat, daşınmaz əmlak, mebel və sair sahələri əhatə edir.

Aprelin 13-dək davam edəcək sərgidə 200-dən çox qeydiyyatdan keçmiş nümayəndə heyətinin, 10 min ziyarətçinin iştirakı gözlənilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.