ELM VƏ TƏHSİL


Bakıda Azərbaycan – Səudiyyə Ərəbistanı Coğrafiya Günləri keçirilir

Bakı, 22 oktyabr, AZƏRTAC

Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda Birinci Azərbaycan – Səudiyyə Ərəbistanı Coğrafiya Günləri öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 27-dək davam edəcək tədbirlərdə Səudiyyə Ərəbistanının Coğrafiya Cəmiyyətinin 37 nümayəndəsi iştirak edir.

Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti və AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Akademik Azərbaycan coğrafiyasının inkişaf mərhələləri, respublika ərazisində təbii, iqtisadi və sosial coğrafi proseslərin inkişafı, onların qarşılıqlı əlaqələri barədə məlumat verib. R.Məmmədov rəhbərlik etdiyi institutda aparılan mühüm elmi-tədqiqat işlərindən, coğrafiya elmi qarşısında duran problemlərdən, əldə olunan nailiyyətlərdən, son vaxtlar beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən geniş söhbət açıb. R.Məmmədov bu tədbirin gələcək birgə fəaliyyət, elmi tədqiqatlar üçün bir stimul və başlanğıc olduğunu diqqətə çatdırıb.

Səudiyyə Ərəbistanının Coğrafiya Cəmiyyətinin prezidenti Mohammed Abdul Hamid Meshkis ölkəsinin coğrafiyası haqqında geniş məlumat verib.

Sonra Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov "Azərbaycan coğrafiyası" mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın coğrafi mövqeyi, relyefi, landşaftı, iqlimi, hidrologiyası, heyvanlar aləmi, turizm potensialı, iqtisadi-coğrafi rayonları, iqtisadi inkişafı, beynəlxalq əlaqələri və s. haqqında məlumat verib.

Görüşdə mövzu ilə bağlı digər çıxış edənlər birgə əməkdaşlığın hər iki ölkə coğrafiyasının inkişafına böyük təkan verəcəyini qeyd ediblər.

Tədbirdə Azərbaycan Coğrafiya Cəmiyyəti ilə Səudiyyə Coğrafiya Cəmiyyəti arasında əməkdaşlıq haqqında müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.