MƏDƏNİYYƏT


Bakıda Azərbaycan aşpazlarının birinci konqresi keçiriləcək

Bakı, 20 avqust, AZƏRTAC

Avqustun 21-də Bakı “Boulevard Hotel”də ölkəmizin qastronomik həyatında əlamətdar hadisə - Azərbaycan aşpazlarının birinci konqresi keçiriləcək.

AZƏRTAC təşkilatçılara istinadən xəbər verir ki, konqresin əsas məqsədi təcrübə və fikir mübadiləsi aparılması üçün platforma yaratmaq, aşpaz və qida istehsalçılarını bir araya toplamaqdır.

Konqres çərçivəsində bir neçə təqdimat keçiriləcək, bunlardan biri aşpazlara həsr olunmuş ilk sayt – Chefs.az saytının təqdimatı olacaq. Bu sayt vasitəsilə aşpazların reyestri, vakansiyalar bölməsi, xəbərlər və digər faydalı məlumatlara çıxış əldə etmək olacaq. Həmçinin uşaq evləri və aztəminatlı ailələrdə böyüyən gənclərə aşpazlıq sənətinin əsaslarını öyrənməyə köməklik edəcək “İlk Addım” xeyriyyə layihəsinin təqdimatı olacaq. Qeyd edək ki, xeyriyyə məqsədi daşıyan sözügedən layihə Hesab.az/Goldenpay ilə birlikdə təşkil olunub.

Həmçinin konqres çərçivəsində “Azərbaycan Aşpazlarının Gildiyası”nın yaradılması elan olunacaq, inkişaf planları və gələcək perspektivləri haqqında məlumat veriləcək.

Konqresin təşkilatçısı kulinar bloger Fərhad Aşurbəylinin sədrlik etdiyi Turizmə və Milli Mətbəxin İnkişafına Dəstək İctimai Birliyidir. Konqresdə Azərbaycan və xaricdən olan ümumilikdə 200-ə yaxın qonağın iştirakı planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.