SİYASƏT


Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib

Bakı, 24 may, AZƏRTAC 

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanmış 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 24-də nazirliyin Baş Hərbi İnspeksiyasının rəisi, general-mayor Zakir Ağayev ölkəmizdə səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Söhbət zamanı hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.