MƏDƏNİYYƏT


Bakıda “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunacaq

Bakı, 1 iyul, AZƏRTAC

İyulun 3-dən sentyabrın 30-dək UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində Azərbaycan Xalça Muzeyində “Azərbaycan mədəni irsi Luvr Muzeyində” adlı sərgi təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, sərginin keçirilməsi ölkəmizin mədəni həyatında çox önəmli hadisədir. Belə ki, dünya şöhrətli Luvr Muzeyinin daimi ekspozisiyasında sərgilənən üç nadir eksponat ilk dəfə olaraq Bakıda nümayiş ediləcəkdir.

Bu sərgi gələcəkdə iki mədəniyyət ocağı arasında daha sıx əlaqələrin qurulmasına və milli irs nümunələrimizin təqdim olunduğu birgə irimiqyaslı layihələrin keçirilməsinə təkan verəcək, ölkələrimiz arasındakı dostluq münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə xidmət edəcəkdir.

Layihə “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində Azərbaycan Xalça Muzeyinin töhfəsidir.

Sərgi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Xalça Muzeyi, Fransanın Azərbaycandakı Səfirliyi, Luvr Muzeyi, Azərbaycan-Fransız İnstitutu və “Silk Way West Airlines” QSC-nin təşkilatçılığı ilə həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.