ELM VƏ TƏHSİL


Bakıda “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” I beynəlxalq elmi-praktik konfransı keçiriləcək

Bakı, 13 may, AZƏRTAC

Mayın 13-də Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı ofisinin rəhbəri Teoman Tiryaki və Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Mahmud Ağırman Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru vəzifəsini icra edən professor Xalıq Yahudovla görüşüblər.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, görüşdə 2019-cu ilin dekabrına planlaşdırılan “Azərbaycan və Türkiyə universitetləri: təhsil, elm, texnologiya” I beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsi üçün görüləcək işlər müzakirə olunub.

Qeyd edilib ki, konfrans Azərbaycan və Türkiyə universitetləri arasında əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunur.

Konfrans Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Türkiyə Respublikası Ali Təhsil Şurası və TİKA-nın təşkilatçılığı ilə AzTU-da keçiriləcək.

Görüşdə TİKA və AzTU arasında əməkdaşlıq perspektivləri müzakirə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.