CƏMİYYƏT


Bakıda “Azərbaycanda xeyriyyəçilik ənənələri” mövzusunda konfrans keçirilib

Bakı, 5 dekabr, AZƏRTAC

Dekabrın 5-də Bakıda Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Azərbaycanda xeyriyyəçilik ənənələri” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə, QHT rəhbərləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Konfransı açan Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev ölkəmizdə xeyriyyəçilik ənənəsinin dərin tarixi köklərə bağlı olduğunu bildirib. “Xeyriyyəçilik yalnız maddi deyil, mənəvi meyarlarla da ölçülməlidir”,- deyən C.Əliyev Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda və ölkəmizdən kənarda həyata keçirilən xeyriyyəçiliklə bağlı layihələrdən danışıb.

“Azərbaycanın xeyriyyəçiləri və xeyriyyəçilik” mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru Abbas Qurbanov xalqımızın tarixən xeyriyyəçiliklə bağlı gördüyü işlər haqqında məlumat verib, Azərbaycanın xeyriyyəçilərinin cəmiyyətimizin inkişafı və mənəvi dəyərlərin təbliği istiqamətində gördükləri işlər haqqında danışıb.

“Xeyriyyəçiliyin mahiyyəti və xeyriyyəçilik işinin təşkili” mövzusunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Vəlizadə çıxış edərək dünya təcrübəsində xeyriyyəçilik, onun müasir formaları və vasitələri ilə bağlı fikirlərini bölüşüb.

Daha sonra Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə günümüzdə sosial şəbəkələrin xeyriyyəçilik işində təşviqedici rolu barədə məruzə ilə çıxış edib.

Konfransda QHT rəhbərləri və gənclərlə geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.