SİYASƏT


Bakıda BMT Forumunun keçirilməsi Azərbaycanın beynəlxalq arenada apardığı uğurlu siyasətin nəticəsidir

Bakı, 24 iyun, AZƏRTAC 

Dünyanın 190-dan çox ölkəsindən 500-dək nümayəndənin iştirak etdiyi foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar. BMT-nin Dövlət Xidmətləri Forumunun Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq arenada apardığı uğurlu siyasətin nəticəsidir.

Bu fikri AZƏRTAC-a müsahibəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında Dövlət İdarəçiliyi Direktorluğunda siyasətin əlaqələndirilməsi və Dayanıqlı İnkişaf Məqsədləri bölməsinin siyasi məsləhətçisi Karina Lindberq deyib.

“İnanıram ki, dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlərin müzakirə olunduğu, dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin paylaşıldığı bu forum öz müsbət nəticələrini verəcək”, - deyə Karina Lindberq qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.