İDMAN


Bakıda BMX üzrə dünya çempionatında 28 ölkənin velosipedçiləri medal qazanıblar

Bakı, 8 iyun, AZƏRTAC

Bakıda BMX üzrə dünya çempionatında ilk üç günün nəticələrinə əsasən artıq 28 ölkənin velosipedçiləri mükafatçılar sırasında yer alıblar.

AZƏRTAC xəbər verir ki, medal sayına görə birinci yerdə Niderland idmançıları qərarlaşıblar. Onlar 19 dəfə podiuma qalxıblar.

Qırx üç ölkədən 1500-dək idmançının qatıldığı mundialda 15 fransalı, 13 avstraliyalı, 9 braziliyalı və britaniyalı, 7 ABŞ, eyni sayda Latviya və Yeni Zelandiya velosipedçisi fərqlənməyi bacarıb.

Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Estoniya, Venesuela, Danimarka, Çexiya, İtaliya və Almaniya velosipedçiləri Bakı mundialında ilk podium sevinci yaşayıblar.

Dünya çempionatına iyunun 9-da yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.