Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Bakıda “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev sərgi ilə tanış olmuşdur

Bakı, 6 noyabr (AZƏRTAC). Noyabrın 6-da Bakı Sərgi Mərkəzində “BakuTel-2012” XVIII Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva sərgi ilə tanış olmuşlar.

“BakuTel” sərgisi Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq 18-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində telekommunikasiya bazarında mühüm hadisəyə çevrilmişdir. “BakuTel” sərgisinin beynəlxalq nüfuzu BMT, Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi, həmçinin Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunmuşdur.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov dövlətimizin başçısının diqqətinə çatdırdı ki, “BakuTel-2012” sərgisində dünyanın 23 ölkəsindən 160 şirkət iştirak edir. Xarici iştirakçıların siyahısına Böyük Britaniya, Rusiya, Türkiyə, Çin, Koreya Respublikası, Malayziya, Litva, İran, Sloveniya, Ukrayna, Belarus və digər ölkələr daxildir. Kollektiv stendlərin fəal iştirakı artıq “BakuTel” sərgisinin ənənəsinə çevrilmişdir. Bu il sərgidə 8 kollektiv ekspozisiya iştirak edir. Onların arasında sərginin daimi iştirakçıları olan Avstriya, İsrail, Kanada, Fransa, Xorvatiya və Estoniyanın milli qrupları vardır. Milli qruplar Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, həmçinin təmsil olunmuş ölkələrin müvafiq profilli strukturlarının dəstəyi ilə təşkil edilmişdir. Bu stendlərdə ziyarətçilərin diqqətinə təkcə Azərbaycan üçün deyil, həm də bütövlükdə Xəzəryanı region üçün yenilik sayılan maraqlı proqramlar təqdim olunur və İKT üzrə məhsul və xidmətlərin təqdimat mərasimləri keçirilir. Sərginin iştirakçıları portativ mobil və analoq radiostansiyalar, smartfonlar, telefonlar, planşet kompyuterlər, telekommunikasiya sistemləri üçün müasir test və ölçü avadanlığı, habelə texnoloji yeniliklər və bir sıra digər məhsullar da nümayiş etdirirlər.

Bildirildi ki, budəfəki sərginin ekspozisiyası telekommunikasiya və şəbəkələr, genişzolaqlı kabel və simsiz rabitə, peyk rabitəsi və texnologiyalar, teleradio yayım avadanlığı, proqram təminatı və avtomatlaşdırma sistemləri, informasiya və ofis texnologiyaları kimi seqmentləri əhatə edir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldu.

Vurğulandı ki, “BakuTel” sərgisində ilk dəfə əhaliyə göstərilən dövlət xidmətlərinin yeni keyfiyyətinin formalaşması, onların identikliyinin təmin olunması, habelə əlavə xərclərin və vaxt itkisinin azaldılması üçün nəzərdə tutulmuş “ASAN” mərkəzləri iştirak edir.

Yüksək Texnologiyalar üzrə Tədqiqat və İnkişaf Mərkəzi isə öz yeni məhsulları ilə sərgiyə qatılmışdır. Buraya ağ işıq diodları, nanofosforlar və bionanotexnologiyalar daxildir.

Xarici ölkələrin pavilyonları ilə tanışlıq zamanı dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bu il sərgidə ilk dəfə iştirak edən Sloveniya 8 şirkətlə təmsil olunur.

Prezident İlham Əliyevə bu şirkətlərin məhsulları və onların perspektivləri, o cümlədən Cənub-Şərqi Avropa üzrə “Elektron hökumət”in inkişafı mərkəzinin məqsədləri və layihələri barədə məlumat verildi.

“Bakutel-2012” beynəlxalq sərgisində Avstriyanın şirkətlər qrupu hava hərəkətinin idarə olunması, ictimai təhlükəsizlik və nəqliyyat sistemlərinin istehsalı ilə bağlı məhsullarını təqdim edirlər.

Dövlətimizin başçısına telekommunikasiya və genişzolaqlı internetin inkişafı layihəsi barədə məlumat verildi. Qeyd edildi ki, 2013-2015-ci illəri əhatə edən bu layihə gələcəkdə ölkə üzrə bütün yaşayış məntəqələrinin fiber-optik kabel şəbəkəsi ilə təmin olunmasını, əhali arasında elektron xidmətlərdən istifadənin genişləndirilməsini nəzərdə tutur.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Delta Telekom” MMC-nin fəaliyyətindən bəhs edən pavilyonda oldular.

Bildirildi ki, regionun ən iri telekommunikasiya operatorlarından olan “Delta Telekom” rabitə və telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən etibarlı infrastruktura malikdir. DWDM şəbəkə texnologiyalarında ən yeni nəsil olan ASON/GMPLS əsaslı infrastruktur üzərindən regionun tranzit tutumlarını daşıyan “Delta Telekom” dayanıqlı supermagistrala sahibdir. Qeyd edildi ki, regionun ən iri internet supermagistralı da “Delta Telekom”a məxsusdur.

Bu sərgidə Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” şirkətinin də öz yenilikləri ilə tanış olmaq mümkündür. Şirkət sərgidə mobil telefonlar üçün İçərişəhər ərazisinə aid yeni bələdçi proqramını təqdim edir.

Dövlətimizin başçısı ölkəmizin milli peyk operatoru “Azərkosmos” ASC-nin pavilyonu ilə də yaxından tanış oldu.

Bildirildi ki, 2010-cu ildə yaradılan “Azərkosmos” tərəfindən həyata keçirilən birinci layihə “Azerspace” geostasionar əlaqə peykinin buraxılışı və idarə olunmasıdır. Peyk Avropanı, Orta Asiyanı, o cümlədən Afrikanı əhatə edəcəkdir.

Çinin ilk telekommunikasiya avadanlığı istehsalçılarından olan ZTE şirkəti xaricdə bazarlarını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. Hazırda 70 min əməkdaşından 10 mindən çoxunun 107 ölkədə fəaliyyət göstərdiyi şirkət dünyanın 500-dən artıq aparıcı mobil operatoru və kommersiya şirkəti ilə əməkdaşlıq qurmuşdur.

“Azerfon” MMC-nin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, şirkət 2007-ci ildən fəaliyyət göstərir. “Narmobile” hazırda Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol oynayır və xidmət sektorunu daha da genişləndirir. İndi bu sıraya təyyarələrdə uçuş vaxtı mobil telefondan yararlanmaq və rabitə xidmətlərindən istifadə etmək imkanlarının yaradılması mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev sistemin ilk istifadəçisi kimi bu xidmət növünün imkanları ilə yaxından tanış oldu.

Sərgi çərçivəsində “Microsoft Windows 8” əməliyyat sistemi sınaqdan keçirilir, “Windows Server 2012” əməliyyat sisteminin üstünlükləri təqdim olunur. Nömrələrin daşınması sahəsində xidmətlər isə mobil rabitə operatorları üçün xüsusilə maraqlıdır. Ölkəmizdə istehsal olunan ilk “Nexus Azpad Android” planşet kompyuteri və Azərbaycan dilində ilk antivirus proqramı da maraqla qarşılanır.

“Azercell” şirkətinin pavilyonu ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, 1996-cı ildə yaradılan şirkət ölkənin mobil rabitə sektoruna bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirməkdə davam edir. Prezident İlham Əliyevə şirkətin virtual kart, kommunal ödənişlərin həyata keçirilməsini və bəzi tibbi müayinələrin aparılmasını nəzərdə tutan yeni xidmətləri barədə məlumat verildi.

X X X

Sonra Prezident İlham Əliyev beynəlxalq jurnalist Bencamin Rahra müsahibə verdi.

- Sizi yenidən görmək çox xoşdur. Qarşıdakı illərdə yeni yataqların istismara verilməsi və daha çox kəmərlərin tikilməsi ilə Azərbaycan Avropanın mühüm enerji təchizatçısına çevriləcəkdir. Buna baxmayaraq, hökumət əsas diqqəti iqtisadiyyatın şaxələndirilməsinə yönəldib. “Azərbaycan – gələcək yüksək texnologiyalar mərkəzi” – Siz ölkənizi belə görürsünüz?

- Tamamilə doğrudur. Biz bunları planlaşdırırıq. Belə ki, bizim son illərdə əldə etdiyimiz uğurlar, iqtisadi yüksəliş göstərir ki, ölkəmizdə qeyri-energetika sektoru sürətlə inkişaf edir. Bu il enerji sektorunda bir qədər azalmaya baxmayaraq, qeyri-energetika sektorunun inkişaf göstəricisi 10 faizdən çox təşkil edib. Bu, bir daha onu göstərir ki, neft və qazdan əldə edilən gəlirlərdən iqtisadiyyatın şaxələndirilməsi üçün məqsədyönlü şəkildə istifadə olunması özünü doğruldur. Əlbəttə ki, informasiya-kommunikasiya texnologiyaları sahəsi bizim üçün prioritet sahələrdən biridir. Çünki bu sahə inkişaf, biznes, təhsil, şəffaflıq, gələcəyə aparan yol deməkdir. Mən çox məmnunam ki, hər il ölkəmizdə “BakuTel” sərgisi və eyni zamanda, bu gün Bakıda VII İnternet İdarəçilik Forumu keçirilir ki, bütün bunlar da Azərbaycanda bu sahədə görülmüş işləri əks etdirir.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsi böyük potensiala malikdir. Bizim bu sahəyə dəstək göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Eyni zamanda, özəl sektor da bu sahədə çox fəal iştirak edir. Biz informasiya-kommunikasiya texnologiyaları sahəsinin inkişafına görə bölgədə artıq aparıcı ölkəyə çevrilmişik və gələcəkdə də bu mövqeyimizi saxlamaq və İKT bazarında qlobal oyunçulardan birinə çevrilmək əzmindəyik.

- Azərbaycan mobil telefon istifadəçilərinin sayına görə ən yüksək göstəricilərdən birinə malikdir. Son 20 il ərzində internetin bütün dünyanı bir araya gətirməsi kibercinayətkarlıq, terrorizm, hakerlik risklərini artırır. Bəzi ekspertlər iddia edirlər ki, din, su və ərazi məsələlərindən sonra müharibələrə səbəb olacaq növbəti amil internet ola bilər. Azərbaycan internetdən fayda və təhlükələr arasında necə balans yarada bilər ki, əhalinin internetdən istifadəsində məhdudiyyətlər qoyulmasında ittiham olunmasın?

- Bilirsiniz, inkişafımızın hazırkı mərhələsində məqsədimiz internet istifadəçilərimizin dünya informasiyasını əldə etmək imkanlarını artırmaqdan ibarətdir. Azərbaycanda internetdən istifadə tam azaddır. Hazırda internet istifadəçilərinin sayı 65 faizdən çoxdur. İndi biz Azərbaycanın hər bir kəndinin belə genişzolaqlı internet xidməti ilə təmin edilməsi üçün yeni sistem yaradırıq. Buna görə də informasiyanın sərbəst əldə olunması bizim əsas məqsədimizdir. Hazırda kibertəhlükəsizlik, azadlıqlar, qanun və bu kimi məsələlərin tənzimlənməsi bizim gündəliyimizdədir. Bakıdakı İnternet Forumunun müzakirə mövzularından biri də məhz azadlıqlar - ifadə azadlığı, informasiya azadlığı, insanların şəxsi azadlıqları, eyni zamanda, təhlükəsizlik və hüquqi baza arasında balansı müəyyən etmək olacaqdır. Düşünürəm ki, bu Forumdakı müzakirələr bununla bağlı bəzi yeni ideyalar yaradacaq və əlbəttə ki, biz bu yeni ideyalardan faydalanacağıq. Həmçinin, biz dünyadakı aparıcı ölkələrin bununla bağlı təcrübəsini də öyrənəcəyik. Onlar bu problemlərin həllini necə görürlər, dünyanın aparıcı demokratik dövlətləri bu məsələləri necə həll edəcəklər? Bütün bunlar bizim üçün çox önəmlidir.

- Ölkənizin əldə etdiyi uğurlar, – bunu başqa sözlə, Xəzərdə Silikon Sahillərin yaradılması da adlandırmaq olar, – Qərb və xarici investorlara hansı imkanları təklif edir?

- Biz beynəlxalq sərmayədarlar üçün açığıq. Azərbaycanda çox yaxşı investisiya mühiti var və adambaşına düşən birbaşa xarici investisiyanın həcminə görə ölkəmiz keçmiş sovet məkanında ən yüksək yerdədir. Biz neft və qaz sektoru, İKT, infrastruktur, tikinti sahələrinə investisiya qoyuluşunda daha çox maraqlıyıq. Şahidi olduğunuz kimi, hazırda Bakıda turizm infrastrukturuna investisiyalar qoyuluşunda böyük canlanma vardır. Demək olar ki, hər ay yeni beşulduzlu otellər açılır. Biz xarici şirkətlərin ölkəmizdə turizm sahəsinə investisiya qoymalarını alqışlayırıq. Biz, eyni zamanda, xarici investisiyaların stimullaşdırılması üçün də işlər görürük. Bizim hökumətimiz dövlət büdcəsi hesabına İKT sektorunda çox mühüm investisiya layihələrini maliyyələşdirir. Məqsəd yalnız hüquqi-normativ baza yaratmaq deyil, eyni zamanda, özəl sektorun da bu infrastruktur layihələrində iştirakını təmin etməkdir. “BakuTel”də iştirak edən dünya şirkətlərinin sayının artması da Azərbaycan bazarının cəlbedici olmasının yaxşı göstəricisidir. Azərbaycan İKT-nin inkişafına görə artıq regionda lider dövlətə çevrilib və əlbəttə ki, bu mövqe gələcəkdə daha da güclənəcəkdir.

- Sizin qarşınıza qoyduğunuz məqsədlər nədən ibarətdir? Növbəti illərdə nə qədər investisiya cəlb etməyi nəzərdə tutursunuz?

- Bilirsiniz, rəqəmlərlə bağlı konkret nəsə demək çətindir. Bizim strateji yanaşmamız bundan ibarətdir ki, İKT sektoru neft və qaz sektorundan sonra biznes mühiti, gəlir əldə edilməsi baxımından ikinci sektor olmalıdır. Bilirsiniz ki, neft və qaz ehtiyatları tükənən sərvətdir. İKT sektoru isə sonsuz inkişaf potensialına malikdir. Ona görə də bu sahə qarşıdakı 20 ildə iqtisadiyyatımızın aparıcı, bəlkə də ən əsas sahələrindən biri ola bilər. Bu baxımdan biz bu sahəyə özəl fondlardan milyardlarla ABŞ dolları məbləğində investisiya cəlb olunacağına ümid edirik və dövlətimiz yerli şirkətlərlə birgə prosesdə iştirak edəcəkdir.

- Sizə uğurlar arzulayırıq. Minnətdaram.

- Təşəkkür edirəm.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kukla Teatrı aprel repertuarını açıqlayıb

Qubada 3-cü “Aqrobiznesin İnkişafı Forumu” keçirilir

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpaolunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO

Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün təhvil götürülən silah-sursatın sayı açıqlanıb

Sabirabadda yol qəzası olub, iki nəfər xəsarət alıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb

Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Azərbaycan neftinin qiyməti 89 dolları ötüb

Çinin internet şirkətləri iki ayda 35 milyard dollara yaxın gəlir əldə edib

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb VİDEO

ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb

Tədqiqat: 7 saatdan az yuxu yüksək təzyiq riskini artırır

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

İsveç arxeoloqları XII əsrə aid gümüş sikkələr aşkarlayıblar

Finlandiyada etiraz nümayişləri Pasxa bayramından sonra davam edəcək

Vyetnamlı məktəbli dünyada SAT üzrə ən yaxşı nəticə göstərib

Bir ay tam yuxu alan insanlar özlərini 6 yaş cavan hiss edirlər - Araşdırma

Brüsseldə zorakılıq halları nəzarətdən çıxır

Azərbaycan Beynəlxalq Astronavtika Federasiyasının “Yaz toplantıları” konfransında təmsil olunub

Türkiyə 10 illik fasilədən sonra Liviyaya uçuşları bərpa edib

Uşaqlıq və yeniyetməlik dövründə oturaq həyat tərzi damar sərtliyini artıra bilər

Çinin “Phoenix” telekanalı Azərbaycana həsr olunmuş xüsusi veriliş yayımlayıb VİDEO

Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb

Parisdə Olimpiya Oyunlarının açılış mərasimi ləğv edilə bilər

XİN: Macarıstan terrorizmi hər zaman qınayacaq

“Crocus City Hall”dakı terror aktında şübhəli bilinən daha bir nəfər saxlanılıb

Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir VİDEO

Gürcüstanın Bakuriani bölgəsində baş verən qar uçqunu nəticəsində bir nəfər itkin düşüb

Göyçayda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO

Premyerası Bakıda keçirilmiş “Kalina krasnaya” filmi 50 yaşını qeyd edir

Gəncədə yaşayış binasında yanğın baş verib VİDEO

Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb

ABŞ Konqresinin nümayəndə heyəti Ankarada “F-16” tədarükü mövzusunu müzakirə edəcək

Gürcüstanın Baş naziri ölkə müsəlmanları üçün iftar süfrəsi təşkil edib

BMT: Konqonun şərqindəki döyüşlər 6 milyona yaxın insanın evlərini tərk etməsinə səbəb olub

Naxçıvandan Qarabağa yollanan şəhid ailələri Füzuli rayonunda olublar

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

“Azərişıq” Göyçayda yenidənqurma işlərini davam etdirir

Səfir Leyla Abdullayeva Fransanın nüfuzlu universitetində Azərbaycanın enerji siyasətindən danışıb VİDEO

Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır

Növbəti aqrar biznes festivalı Qubada təşkil olunub

Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar

Politoloq: Ermənistanın Gürcüstan ərazilərini işğal etməsi de-yure təsdiqlənib

Naxçıvanda sel sularından səmərəli istifadə təmin edilib

Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub

İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb

“Morgenland” Odlar Yurdu ilə görüşür” - Azərbaycan və Almaniya musiqiçilərinin birgə layihəsi təqdim olunub

Nazir: “SİMA İmza” tətbiqinin xarici ölkələrə ixracı üçün danışıqlar aparılır

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Şirvan Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxılıb

Taha Ayhan: Məqsədimiz Şuşanın azad olunma hekayəsini bütün dünyaya çatdırmaqdır

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Fərid Qayıbov: İl ərzində Şuşada gənclər üçün müxtəlif tədbirlər keçiriləcək

Roma Papasının səhhəti yaxşılaşıb

Elektron Təhlükəsizlik Xidməti OIC-CERT kibertəhlükəsizlik təşkilatına üzv olub

Nazirlik: Taksilərin ağ və ya qırmızı olması ilə bağlı tələb yalnız iyulun 1-dən idxal edilən avtomobillərə şamil edilir