Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə konfrans keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakıda Beynəlxalq Əmək Təşkilatının (BƏT) dəstəyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu” mövzusunda konfrans keçirilib.

AHİK-dən AZƏRTAC-a bildiriblər ki, konfransda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin birinci müavini İlyas Əliyev giriş sözü ilə çıxış edərək bildirib ki, tədbirdə müzakirə olunan “Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu” mövzusu müasir dövr üçün aktual olmaqla yanaşı, bizim ölkəmiz üçün xarakterikdir. Məlumdur ki, qeyri-rəsmi sektorda çalışan işçilər sosial müdafiədən məhrumdurlar. Onların məşğulluq statusları dəqiq müəyyən edilmədiyindən öz əsas hüquqlarından tam həcmdə istifadə edə bilmirlər. Bu sahədə əmək şəraitinin, əmək gigiyenasının və əməyin mühafizəsinin olmaması gəlirlərin azlığı və qeyri-müntəzəmliyi ilə səciyyələnir. Bir qayda olaraq, burada işçilərin çoxu böyük risklərə məruz qalır, işəgötürənlər tərəfindən sosial hüquqları təmin olunmur və bu səbəbdən də onların sosial müdafiəyə daha çox ehtiyacı olur.

Qeyd etmək lazımdır ki, qeyri-formal sektor yalnız zəif inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda, inkişaf etmiş ölkələrdə də mövcuddur. Məsələn inkişaf etmiş 10-luq ölkələrindən Fransada ümumi daxili məhsulun 15 faizi, İtaliyada 27 faizi, Almaniyada 16 faizi, İspaniyada 22, faizi, Rusiyada isə 43,8 faizi gizli iqtisadiyyatın payına düşür. Qeyri-formal sektorun hesabına hər il ABŞ-da 337,3 milyard, Braziliyada 280 milyard, İtaliyada isə 238,7 milyard ABŞ dolları dövlət büdcələrindən yayınır.

Azərbaycanda da mövcud qeyri-rəsmi iqtisadiyyat və ona aid hüquqi münasibət sosial partnyorlarımız kimi bizim də əhəmiyyətli dərəcədə narahatlığımıza səbəb olub. Qeyri-rəsmi iqtisadiyyat zamanın reallığıdır və BƏT onu tam haqlı olaraq inkişafda olan ölkələrin spesifik xüsusiyyəti kimi qiymətləndirib. Aşağı həyat səviyyəsi, müxtəlif sosial qrupların gəlirində böyük fərqlər, işsizlik, sosial maraqların müxtəlifliyi, iqtisadi şəraitdən asılılıq, məlumatlandırmanın kifayət qədər olmaması və sair amillər insanları qeyri-rəsmi məşğulluğa yönəldir.

İ.Əliyev qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 aprel tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı və 2017-ci il 28 aprel tarixli “Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” Fərmanı da rəsmi məşğulluğa keçidə və bu sahədə çalışan işçilərin sosial hüquqlarının müdafiəsinə yönəlib. Qeyri-rəsmi sektorun azaldılması sahəsində ən mühüm addım isə ölkə başçısının 2017-ci il 9 oktyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın təsdiq edilməsidir. Bu tədbirlər planının həyata keçirilməsində həmkarlar ittifaqları fəal iştirak edir. Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının yanında yaradılan işçi qruplarında müxtəlif dövlət qurumlarının və sosial tərəfdaşların, eləcə də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının hüquqşünasları təmsil olunurlar.

Qeyri-rəsmi məşğulluğun qarşısının alınması məqsədilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa bir sıra dəyişikliklər edilməsi üçün nəzərdə tutulan təkliflər çox olduğundan qanun yenidən işlənilərək Milli Məclisə təqdim olunub. Dəyişikliklər əsasən qeyri-rəsmi məşğulluğun qarşısının alınması sahəsində nəzarət mexanizminin gücləndirilməsi məqsədi güdür.

İ.Əliyev deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu layihəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli Qanununun tətbiqi barədə” Fərmanda dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi hazırlanıb, baxılması üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına da göndərilib. Biz bu qanun layihələrinə aid mövqeyimizi bildirmiş, rəy və təkliflərimizi təqdim etmişik. Heç şübhə yoxdur ki, qeyri-rəsmi iqtisadiyyatın problemlərinin həllində vətəndaş cəmiyyətinin bütün üzvləri iştirak etməlidir. Onlar, ilk növbədə, geniş ictimaiyyəti və xüsusilə bu sahədə çalışanları məlumatlandırmalı və işçilərin təşkilatlanmasına kömək etməlidirlər.

Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda qeyri-rəsmi sektorun qarşısının alınması istiqamətində, o cümlədən işəgötürənlər və işləyənlər arasında münasibətlərdə müəyyən irəliləyişlər əldə edilib. Bu ilin beş ayı ərzində Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində (ƏMBEİS) artım 43 min 434 əmək müqaviləsi təşkil edib. Keçən ilin eyni dövründə isə bu göstərici 21 min 506 müqavilə olub. Beləliklə, cari ildə əmək müqavilələri üzrə artım tempinin müsbət saldosunun 2 dəfədən çox artması müşahidə olunub.

2017-ci ilin əvvəlinə 1 milyon 265 mindən çox müqavilə bağlanılıb. 2018-ci il yanvarın 1-i vəziyyətinə isə 1 milyon 310 mindən çox müqavilə bağlanılıb. Bağlanılan əmək müqavilələri üzrə ən çox artım topdan və pərakəndə satış, eləcə də tikinti sahələrində olub.

“Qeyd olunan nəticələrin əldə edilməsinə bizim son dövrlərdə Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə bu istiqamətdə, sosial tərəfdaşlarla, mövzu ilə bağlı respublikamızda keçirdiyimiz tədbirlərin müsbət təsirini xüsusilə diqqətə çatdırmaq istərdim. BƏT-in dəstəyi ilə son illərdə qeyri-formal məşğulluğun azaldılması ilə bağlı Bakıda və regionlarda keçirilən 11 konfrans və seminarda 1000-dən çox həmkarlar ittifaqı fəalı iştirak edib.

Bütün bunlara baxmayaraq etiraf edilməlidir ki, qeyri-rəsmi əmək münasibətlərinin aradan qaldırılmasında hələ də çətinliklər mövcuddur”, - deyə İ.Əliyev bildirib.

Çıxışçı deyib ki, son beş ildə respublikamızda iqtisadi fəal və məşğulluğa cəlb olunmuş əhalinin artmasına baxmayaraq, qeyri-rəsmi sektorda hələ də kifayət qədər çalışan var. Bəzi xarici ekspertlərin rəylərinə görə, respublikamızda əmək qabiliyyətli əhalinin təqribən 50-60 faizi qeyri-rəsmi məşğulluq sahələrində çalışır. Rəqəmlərin dəqiqləşdirilməsinə ehtiyac var. Qeyri-rəsmi əmək münasibətlərində olan işçilərin dəqiq statistikasının olmaması bu kateqoriyaya aid olanların dəqiq müəyyənləşdirilməsinə imkan vermir: “Həmkarlar ittifaqları olaraq qeyri-rəsmi sektorda işçilərin əmək hüquqlarının qorunmasında maraqlı tərəf kimi bu sahədə bütün imkanlardan istifadə etməyə qərarlıyıq. Qeyri-rəsmi sektordan rəsmi sektora keçid üçün, ilk növbədə, bu sahədə fəaliyyət göstərən işəgötürənlər öz bizneslərinin leqallaşdırılması məqsədilə təşviq edilməlidirlər ki, bu da bir sıra sosial-iqtisadi məsələlərin həlli baxımından olduqca vacibdir”.

Konfransda daha sonra BƏT-in Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həmzəyev, Avropa İttifaqı Layihəsinin Azərbaycan üzrə rəhbərləri Audris Bitinas, Audra Mikalauskayte və digər qonaqlar çıxış ediblər.

AHİK-in şöbə müdiri N.Hüseynov “Qeyri-rəsmi sektorun rəsmiləşdirilməsi üzrə Azərbaycan Respublikasının tədbirlər və fəaliyyət planının yerinə yetirilməsində həmkarlar ittifaqının rolu” ilə bağlı təqdimatla çıxış edib. Mövzuya dair sosial tərəfdaşların – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının nümayəndələri də çıxış ediblər.

Konfransda Beynəlxalq Əmək Təşkilatının “Qeyri-formal iqtisadiyyatda formal iqtisadiyyata keçid haqqında” 204 saylı Tövsiyəsinin tələblərinin həyata keçirilməsində, qeyri-rəsmi məşğulluğun qarşısının alınmasında həmkarlar ittifaqının rolu, qeyri-rəsmi sektorun aradan qaldırılmasında pensiya təminatının rolu, qeyri-rəsmi sektorun rəsmiləşdirilməsində tibbi sığortanın rolu, qeyri-rəsmi sektorun rəsmiləşdirilməsində vergi güzəştlərinin tətbiqi ilə əlaqədar islahatların rolu mövzularında çıxışlar dinlənilib, təkliflər ümumiləşdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb VİDEO

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub