Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Beynəlxalq Biznes Forum keçirilir YENİLƏNİB VİDEO

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forum iştirakçıları tədbir çərçivəsində Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-nin təşkilatçılığı ilə keçirilən forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər. “Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.

Tədbir Beynəlxalq Biznes Forumun ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə qardaşlığı, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə filmlər nümayiş olunub.

Tədbirin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ilk dəfə Beynəlxalq Biznes Foruma ev sahibliyi etməsinin əlamətdar hadisə olduğunu, tədbirin Azərbaycanın biznes və investisiya mühitinin geniş investor auditoriyasına tanıdılması, yerli və xarici investorlar arasında əlaqələrin inkişafı, innovativ təşəbbüslərin formalaşması və yeni layihələrin reallaşdırılması üçün geniş imkanların yaradılması baxımından əhəmiyyətini qeyd edib. İqtisadiyyat naziri Azərbaycan iqtisadiyyatının prioritet sahələri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatının inkişaf mənzərəsinin, eləcə də sabit makroiqtisadi vəziyyətin ölkəmizdə biznes layihələrin icrası istiqamətində qərarların verilməsində mühüm rol oynadığını vurğulayan iqtisadiyyat naziri iqtisadi göstəricilər barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 milyard ABŞ dollarını ötüb ki, bunun da ÜDM-ə nisbəti 108 faizdir və xarici dövlət borcunu 6 dəfədən çox üstələyir. Bu ilin yanvar-sentyabr aylarında ÜDM 4,8 faiz, qeyri-neft sektorunda isə 6,2 faiz artıb. ÜDM-də qeyri-neft sektorunun payı 64 faiz təşkil edib. Sənayenin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bu sahədə sənaye zonaları, investisiya təşviqi sənədi kimi mütərəqqi alət və mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb, sənaye zonalarına 6,7 milyard manat investisiya yatırımının nəzərdə tutulduğunu, artıq 6,3 milyard manat investisiya qoyuluşunun həyata keçirildiyini bildirib. Nazir qeyd edib ki, bu ilin 9 ayında qeyri-neft ixracı 41 faizədək artıb ki, bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Qeyri-neft sənayesi məhsulları ixracı 1,6 dəfə artıb. Sənaye məhsulları ixracının 320 milyon dolları sənaye zonalarının payına düşür ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Azərbaycanın əlverişli coğrafi mövqeyinin, böyük tranzit potensialının, müasir infrastrukturunun, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin xarici birbaşa sərmayələrin cəlbi üçün əsas faktorlar olduğunu vurğulayan iqtisadiyyat naziri investorları fəal əməkdaşlığa dəvət edib.

Biznes forumda torpaqlarımızın işğaldan azad edilməsinin böyük tarixi-siyasi və iqtisadi önəm kəsb etdiyi qeyd olunub. Vurğulanıb ki, türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan bu tarixi Qələbəyə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunub. Diqqətə çatdırılıb ki, Qarabağda geniş regional inteqrasiya imkanları var və burada bərpa-quruculuq işlərinə MÜSİAD üzvlərinin biznes subyektlərinin cəlb olunması iqtisadi-ticarət əməkdaşlığına önəmli töhfə verəcək.

Türkiyə Respublikasının xəzinə və maliyyə nazirinin müavini Nureddin Nebati Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirak etdiyini, bunun iqtisadi əməkdaşlığa, biznesin dirçəlişinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına əhəmiyyətli töhfə olacağını vurğulayıb, kənd təsərrüfatı, turizm, tikinti, bərpa olunan enerji və digər sahələrdə işbirliyinin, təcrübə mübadiləsinin daha da genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. N.Nebati Türkiyə və Azərbaycan arasında qarşılıqlı ticarətin həcminin 15 milyard dollara çatdırılması hədəfinin də əməkdaşlığın gücləndirilməsinə əlavə stimul yaratdığını diqqətə çatdırıb.

Beynəlxalq Biznes Forumun prezidenti Erol Yarar, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və MÜSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı çıxışlarında Forumun Azərbaycanda keçirilməsinin önəmini, tədbirin yeni əlaqələrin qurulmasına və investisiya qoyuluşlarına şərait yaratdığını vurğulayıblar.

Sonra KOBİA və MÜSİAD arasında Birgə Yol Xəritəsi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında dövlət-özəl tərəfdaşlığı üzrə Niyyət Protokolu, Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası ilə “Gənc MÜSİAD” arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Forum çərçivəsində Azərbaycanın investisiya imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına (DÖST/PPP) dair panellər təşkil olunub. Panel iclaslarında Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ölkəmizin, o cümlədən Qarabağın investisiya potensialı, DÖST layihələrinin tətbiqi, bu sahədə Türkiyə təcrübəsi, işğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi infrastrukturun yenidən qurulması prosesində PPP modelinin roluna dair təqdimatlar keçirilib, yerli sahibkarlıq subyektlərinin məhsul və xidmətləri, eləcə də ölkəmizdə yerli və xarici iş adamlarına və investorlara dəstək göstərən qurumların fəaliyyəti barədə sərgi təşkil olunub.

Forum zamanı, həmçinin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Forumda iştirak edən xarici iş adamları və investorlar bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.

Bakıda Beynəlxalq Biznes Forum keçirilir YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNİB

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq VİDEO

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib VİDEO

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq