İQTİSADİYYAT


Bakıda Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilib  YENİLƏNİB

Bakı, 27 fevral, AZƏRTAC

Fevralın 27-də Bakıda “Caspian European Club”un dəstəyi ilə Beynəlxalq “Construction B2B inşaat Forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən “Caspian European Club” sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev tikinti mövzusuna həsr edilən beynəlxalq forumun ölkəmizdə ilk dəfə keçirildiyini bildirib.

O, bu kimi forumların dövlət və biznes nümayəndələri arasında birbaşa ünsiyyətin və açıq dialoqun yaradılması, sahibkarların və şirkətlərin problemlərinin həlli sahəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. “Caspian European Club” üzvləri tərəfindən qəbul olunan təkliflərin təqribən 75 faizi hökumət tərəfindən qəbul olunur.

T.Əliyev, həmçinin bu gün “Caspian European Club”a seçkilərin keçirildiyini qeyd edib. Belə ki, səsvermə zamanı klubun yeni sədri, idarə heyətinin 6 üzvü, bir sıra komitələrin və işçi qrupların rəhbərləri seçiləcək. Yeni layihəyə əsasən seçkilər nəticəsində bütün sahələrdə işçi qrupları yaradılacaq. Seçkilər 3 gün davam edəcək.

“Mr.Fix”in baş direktoru Nəcməddin Taşbağ rəhbərlik etdiyi şirkət barədə ətraflı məlumat verib. Bildirib ki, ölkəmizdə 2000-ci ildən fəaliyyətə başlayan şirkət respublikamızın tikinti sektoruna öz töhfəsini verir.

Forumda digər şirkət rəhbərləri də təqdimatla çıxış edərək fəaliyyət istiqamətləri barədə də danışıblar.

Tədbirdə bir sıra qurumların rəhbərləri və səfirlər iştirak ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.