İDMAN


Bakıda Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilir

Bakı, 1 dekabr, AZƏRTAC

Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin iclası keçirilir.

Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, dekabrın 2-3-də paytaxtımızda baş tutacaq FIG-nin Konqresi çərçivəsində keçirilən bu iclasda qurumun prezidenti Morinari Vatanabe başda olmaqla qitə ittifaqlarının rəhbərləri, gimnastika növləri üzrə Texniki komitələrin prezidentləri, İcra Komitəsinin üzvləri və digər rəsmi nümayəndələr iştirak edirlər.

İki gün davam edəcək iclasın gündəliyində əsasən, FIG-nin Nizamnaməsinə edilə biləcək mümkün dəyişikliklər, qurumun proqramına yeni gimnastika növünün əlavə edilməsi məsələsi və digər mühüm məsələlər duracaq.

Xatırladaq ki, İcraiyyə Komitəsinin iclaslarının ardınca dekabrın 2-də Bakıda FIG-nin ali orqanı Konqresin iclası start götürəcək. Gimnastika sahəsində vacib qərarların müzakirə ediləcəyi Konqresə 113 ölkədən 240-a yaxın nümayəndənin qatılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.