MƏDƏNİYYƏT


Bakıda Beynəlxalq Piano Festivalının açılışı olub

Bakı, 21 may, AZƏRTAC

Mayın 20-də Bakıda ilk dəfə keçirilən Beynəlxalq Piano Festivalının açılışı baş tutub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən mədəniyyət naziri Anar Kərimov festival davamlı olaraq tək Bakıda yox, regionlarda da keçiriləcəyini bildirib: “Piano ənənələri Azərbaycanda zəngindir, belə festivalın keçirilməsi gənclərdə marağın artmasına xidmət edəcək. Festival Azərbaycanda piano sənətinə gənclərin daha çox cəlb edilməsinə, yeni istedadların üzə çıxmasına səbəb olacaq”.

Tədbirdə iştirak edən Fransanın Azərbaycandakı səfiri Zakari Qross festivalın ərsəyə gəlməsində əməyi olanlara təşəkkür edib. O, festivalda məşhur fransız pianoçunun çıxış edəcəyini vurğulayıb. Bu əsərdə incəsənətin müharibəyə qalib gəlməsini təcəssüm edəcək. İndiki Avropanın durumunda bu olduqca vacib məsələdir.

Festivalın təşkilatçısı Şahin Növrəsli isə deyib ki, bu mötəbər tədbir Azərbaycanın musiqi bayramına çevriləcək: “Azərbaycan pianoçuları hər zaman tanınmış olublar, dünyanın bir çox yerlərində möhtəşəm konsertlər veriblər. Qürurluyam ki, ilk piano festivalını təşkil etmək mümkün oldu".

Festival klassik musiqi sədaları ilə açılıb. Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Fransız pianoçu Remi Jenyenin ifasında Lüdviq van Bethovenin fortepiano və orkestr üçün 5 nömrəli konserti səslənib.

Qeyd edək ki, I Bakı Beynəlxalq Piano Festivalı dünyanın hər yerindən olan virtuoz pianoçulara özünü Bakı səhnəsində nümayiş etdirməyə imkan verəcək. Festival çərçivəsində şəhərin bir neçə konsert müəssisəsində 15-ə yaxın konsertin keçirilməsi nəzərdə tutulub. Həmin konsertlərdə ilk dəfə olaraq pianoda mümkün olan bütün janrların – caz, flamenko, tanqo, klassik və s. ifası planlaşdırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.