İDMAN


Bakıda Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclası keçirilir

Bakı, 28 iyun, AZƏRTAC

İyunun 28-də Bakıdakı “Hilton” otelində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, iclasda FIDE prezidenti Arkadi Dvorkoviç, FIDE-nin və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov iştirak edirlər.

İki gün davam edəcək iclasda bir sıra vacib məsələlər müzakirəyə çıxarılıb. İclasda, həmçinin federasiyaların üzvlük haqlarının azaldılması məsələsinə baxılacaq.

FIDE Prezident Şurasının iclasının sonunda yekun qərarlar barədə mətbuata məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.