İQTİSADİYYAT


Bakıda “Biznesin inkişafının Finlandiya modeli” mövzusunda seminarlar keçiriləcək

Helsinki, 20 sentyabr, AZƏRTAC

Azərbaycan-Finlandiya Dostluq Cəmiyyətinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü Təranə Nəzərova son illər Finlandiya ilə Azərbaycan arasında mədəni, iqtisadi və ictimai sahələrdə səmərəli əməkdaşlığın sahmana salınması istiqamətində geniş fəaliyyət göstərir.

O, AZƏRTAC-ın müxbiri ilə söhbətində qeyd edib ki, yenidən doğma Bakıdadır və özü ilə bərabər yeni təklif və layihələr gətirib. Bir sıra dövlət, özəl və ictimai strukturlarda, o cümlədən KİV-lərdə bu layihələrlə əlaqədar görüşlər nəzərdə tutulub.

Təranə Nəzərovanın təşəbbüsü ilə “GLOBAL Partner of Structured Profitability” şirkətinin prezidenti Pekka Susi, şirkətin Direktorlar Şurasının üzvü Kim Karme və başqaları Azərbaycan sahibkarları, şirkət rəhbərləri, biznes tərəfdaşları, hakimiyyət orqanlarının nümayəndələri üçün seminarlar keçirəcəklər.

Finlandiyalı mütəxəssislər seminarlarda biznesin səmərəli idarə olunması, işgüzar əməliyyatların yaxşılaşdırılması, ölçülə bilən əməliyyat və maliyyə nəticələrinin əldə olunması prinsiplərini açıqlayacaqlar. Azərbaycanın iş adamları PDCA dövriyyəsi modeli, ISO standartlarının indiki versiyası, proses, əhali və texnologiyalar deyilən “müqəddəs” üçlük arasında tarazlığın əldə edilməsi metodları ilə tanış olacaqlar.

Seminarlar bu ilin dekabrına nəzərdə tutulub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Helsinki

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.