MƏDƏNİYYƏT


Bakıda Boris Eyfmanın Balet Teatrı çıxış edib

Bakı, 25 aprel, AZƏRTAC

Aprelin 25-də X Beynəlxalq Mstislav Rostropoviç Musiqi Festivalı çərçivəsində Boris Eyfmanın Sankt-Peterburq Dövlət Akademik Balet Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində "Günahın o biri tərəfində" tamaşasını təqdim edib.

AZƏRTAC xəbər verir ki, Boris Eyfmanın Rixard Vaqner, Modest Musorqski və Sergey Raxmaninovun musiqisi əsasında səhnələşdirdiyi "Günahın o biri tərəfində" baleti görkəmli rus yazıçısı Fyodor Dostoyevskinin "Karamazov qardaşları" məşhur romanının yeni səhnə versiyasıdır.

Bakılı tamaşaçılar tamaşanı böyük maraqla qarşılayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.