MƏDƏNİYYƏT


Bakıda Braziliyanın “Choronas” qrupunun konserti keçiriləcək

Bakı, 25 iyun, AZƏRTAC

Beynəlxalq Muğam Mərkəzində iyunun 27-də Braziliyanın məşhur “Choronas” instrumental musiqi qrupunun konserti keçiriləcək.

AZƏRTAC xəbər verir ki, 1994-cü ildə San-Paulu musiqiçiləri tərəfindən yaradılan ansambl bu günə kimi dünyanın bir çox səhnələrində konsert proqramı ilə çıxış edib. “Choronas”ın repertuarında Braziliya populyar musiqisinin sevimli klassikləri və müasir bəstəkarların əsərləri yer alır.

Qeyd edək ki, konsertin biletlərini “iticket.az” saytından və şəhərin kassalarından əldə etmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.