İQTİSADİYYAT


Bakıda “CASPINDEXPO-2019” sərgisi keçiriləcək

Bakı, 2 noyabr, AZƏRTAC

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara, kiçik və orta biznes sahələri üzrə fəaliyyət göstərən müəssisə və şirkət rəhbərlərinə, eləcə də sərgidə iştirak etməkdə maraqlı olan şəxslərə müraciət edib.

AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, noyabrın 6-8-də Bakı İdman Sarayında II “CASPINDEXPO-2019” beynəlxalq sənaye sərgisi təşkil olunacaq. Sərgi çərçivəsində noyabrın 7-də Bakı Biznes Mərkəzində yerli və xarici iş adamları və şirkət rəhbərlərinin iştirakı ilə biznes forum keçiriləcək. Sahibkarlar sərgi və biznes forumda iştiraka dəvət olunurlar.

Tədbirin təşkilatçısı “International Trade Fairs Group” şirkətidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.