MƏDƏNİYYƏT
Bakıda “Caz axşamı” adlı konsert təşkil olunacaq
Bakı, 29 iyul, AZƏRTAC
“YARAT Freestyle” layihəsi çərçivəsində XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində pianoçu Seymur Əliyevin rəhbərliyi ilə “Caz axşamı” adlı konsert proqramı təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, konsert zamanı qabaqcıl yerli caz musiqiçilərinin ifasında hit olan caz musiqisi səslənəcək.
Konsertdən əvvəl iştirakçılar Əşrəf Muradın “Sevgi və etiraz” adlı retrospektiv sərgisi ilə tanış ola biləcəklər.
Seymur Əliyev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin və Finlandiyanın Türkü Musiqi və Rəqs Konservatoriyasının məzunudur. Musiqiçi həm yerli, həm də xarici caz ifaçıları ilə birgə çıxış edir. O, bir çox beynəlxalq və yerli festivalların iştirakçısıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]