İQTİSADİYYAT


Bakıda “Dayanıqlı inkişaf məqsədləri və Biznes mühiti” mövzusunda konfrans keçiriləcək

Bakı, 19 noyabr, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində bu həftə ərzində silsilə tədbirlər keçirilir.

ASK-dan AZƏRTAC-a bildirilib ki, qeyd olunan həftə çərçivəsində noyabrın 21-də “Dayanıqlı inkişaf məqsədləri (DİM) və Biznes mühiti” mövzusunda konfrans baş tutacaq. Konfransda Beynəlxalq Əmək Təşkilatının dəstəyi ilə ASK tərəfindən sahibkarlar arasında sahibkarlığın və iqtisadi inkişafın müxtəlif parametrləri üzrə keçirilmiş sorğunun nəticələri ictimaiyyətə təqdim olunacaq və biznes mühiti müzakirə ediləcək.

Müzakirələrdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və ASK-ın digər sosial tərəfdaşları iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.