MƏDƏNİYYƏT


Bakıda “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabın təqdimatı olub

Bakı, 11 iyul, AZƏRTAC

İyulun 11-də Milli Kitabxanada xanım Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq qonaqları və tədbir iştirakçılarını salamlayıb.

K.Tahirov Dimitr Kantemir haqqında qısa məlumat verərək onun böyük yazıçı, dövlət xadimi, alim olduğunu bildirib və qədim türk, Osmanlı musiqisinə dəyərli töhfələr verən bir bəstəkar olduğunu qeyd edib. Dimitri Kantemirin İstanbulda olarkən yaşadığı evlərdən biri 2007-ci ildə restovrasiya edilərək muzey olaraq fəaliyyət göstərməyə başlayıb.

Rumıniyanın Azərbaycandakı səfiri Dan İankuya D.Kantemirin böyük bir şəxsiyyət olduğunu qeyd edərək, onun dövrün tanınmış tarixçi, alim və musiqiçisi kimi xarakterizə edib. Bildirib ki, Dimitri Kantemirin Osmanlı imperiyası dövründə klassik türk musiqisinə verdiyi töhfələr xüsusilə diqqətəlayiqdir.

Daha sonra söz kitabın müəllifi Eleonora Kantemirə verilib. O, Bakıda əvvəllər də bir neçə dəfə olduğunu bildirərək, şəhərimizi çox bəyəndiyini, onun daha da inkişaf edərək dünyanın ən gözəl şəhərlərindən biri olduğunu qeyd edib. Qonaq həmçinin insanların çox mehriban və ürəyiaçıq olduğunu və onu xoş qarşıladıqlarını xüsusilə vurğulayıb.

Müəllif kitabda öz qədim Kantemirlər sülaləsinin keçmişdən bu günə qədər olan tarixini anlatdığını və kitabı yazarkən apardığı araşdırmalar zamanı bu nəsli haqqında maraqlı məlumatlar əldə etdiyini bildirib. Ən maraqlısı isə odur ki, o, yarım əsr sonra Bakıda onunla eyni adı daşıyan bacısını tapdığını və buna görə Azərbaycanın, Bakının onun üçün doğma bir yer olduğunu bildirib.

Daha sonra çıxış edən müəllifin bacısı Eleonora Kantemir də, həmçinin Azərbaycanı çox sevdiyini və doğma vətəni olaraq gördüyünü qeyd edərək buranı heç vaxt tərk etməyəcəyini vurğulayıb.

Sonda Kərim Tahirov Milli Kitabxana haqqında olan bir neçə nəşri qonağa hədiyyə edib. Xanım Eleonora Kantemir isə öz növbəsində təqdimatı keçirilən kitabdan Milli Kitabxananın fonduna bağşılayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.