Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib

Bakı, 1 oktyabr, AZƏRTAC

Oktyabrın 1-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini maarifləndirmədə dini ədəbiyyatın yeri və rolu” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda DQİDK-nın rəhbərliyi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər üzrə şöbəsinin nümayəndəsi, Dövlət Komitəsi yanında fəaliyyət göstərən dinşünaslıq üzrə komissiyanın üzvləri, ilahiyyatçı alimlər, nəşriyyat rəhbərləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov dini təyinatlı ədəbiyyatın idxalına və yayılmasına nəzarətin Komitənin fəaliyyət istiqamətlərindən birini təşkil etdiyini bildirib. O, eyni zamanda, bu sahəyə xüsusi diqqət yetirildiyini vurğulayıb. Sədr müavini müstəqilliyimizin ilk illərində bu sahədə mövcud olan xaosun qanunvericiliklə tənzimləndiyini, hazırda yad dini ideologiyaların yayılmasının qarşısının alınmasına ciddi nəzarət edildiyini vurğulayıb, əvvəlki illərlə müqayisədə ölkədə çap edilən zərərli dini ədəbiyyatların sayının kifayət qədər azaldığını deyib. O, dini təhlükəsizliyin zəmini kimi dini ədəbiyyatlara nəzarətlə yanaşı, yerli müəlliflərin sayının artırılmasına önəm verildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini, onların dünyaya baxışını özündə ehtiva edir. Bu nöqteyi-nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. O, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən bu istiqamətdə lazımi addımların atıldığını, yerli müəlliflərin kitablarının nəşrinə kömək göstərildiyini bildirib.

Sonra DQİDK-nın dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov geniş təqdimatla çıxış edib. O, ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim olunan dini məzmunlu ədəbiyyatlar, eyni zamanda, dini məzmunlu məlumat materiallarının nəzarət markası ilə markalanması, dini ədəbiyyatların satışı ilə məşğul olan ixtisaslaşdırılmış satış məntəqələri barədə məlumat verib. Bildirib ki, dinşünaslıq ekspertizasına təqdim edilən ədəbiyyatlarda insanpərvərlik prinsiplərinə zidd dini cərəyanların təbliğinə, dini nifrət və düşmənçiliyə rəvac verəcək fikirlərə yer verilməməlidir. 2018-ci ilin yanvar-iyun ayları ərzində 463 dini ədəbiyyatın ölkəmizə idxal edildiyini, onlardan 104-nün nəşr edildiyini, 19-na isə razılıq verilmədiyini bildirib. Əlavə edilib ki, ötən il 613 adda, bu ilin yanvar-iyun aylarında 171 adda dini ədəbiyyata nəzarət markası verilib. Dini məzmunlu ədəbiyyatın ixtisaslaşdırılmış məntəqələrdə satışının önəminə də toxunan N.Məmmədov ölkə ərazisində 100-ə yaxın mağazada dini təyinatlı məmulatların satıldığını, ancaq onlardan 42-sinin müvafiq razılığı olduğunu diqqətə çatdırıb. Bu istiqamətdə dini ədəbiyyatın satışını həyata keçirən hüquqi və fiziki şəxslərlə davamlı görüşlər keçirildiyini bildirib.

Milli-dini ədəbiyyatın formalaşdırılmasının önəmindən bəhs edən N.Məmmədov tərcümə ədəbiyyatının yerli ədəbiyyata nisbətən daha çox inkişaf etdiyini bildirib. İlin birinci yarısında çap edilən ədəbiyyatın 23 faizinin yerli müəlliflərə məxsus olduğunu deyib. O qeyd edib ki, XXI əsr müəlliflərinin təkrarlanan kitablarının ölkədə yayılması məqsədəuyğun deyil.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı Əliheydər Zülfüqarov konfransın əhəmiyyətinə toxunaraq belə mövzuların cəmiyyətimizdəki önəmindən bəhs edib. Diqqətə çatdırıb ki, müsəlman olmayan din daşıyıcılarına qarşı ayrı-seçkiliyin, antisemitizmin ədəbiyyatlarda təbliği arzuolunmazdır. Ə.Zülfüqarovun sözlərinə görə, bir vaxtlar Azərbaycanda istər dini ədəbiyyatların nəşri, istərsə də idxalı sahəsində pərakəndəlik hökm sürüb. Lakin bu sahədə boşluqların aradan qaldırılması üçün dövlət tərəfindən adekvat tədbirlər həyata keçirilib, qanunvericilik bazası təkmilləşdirilib. Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin əməkdaşı bildirib ki, dövlət tərəfindən dini icmaların məbədləri bərpa edilməklə yanaşı, onların müqəddəs kitablarının, dini ədəbiyyatlarının nəşri və yayımı istiqamətində də işlər həyata keçirilir.

AMEA-nın Şərqşünaslıq İnstitutunun əməkdaşı, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Elvüsal Məmmədov “Dini ədəbiyyatın tərcüməsi: mövcud vəziyyət və problemlər” mövzusunda məruzə ilə çıxış edib. O, dini məzmunlu ədəbiyyatın tərcüməsi zamanı Azərbaycan dilinin üslub normalarının pozulması, dilimizin zəngin ifadə imkanlarından az istifadə edilməsi, orfoqrafiya qaydalarına riayət edilməməsi kimi problemlərə toxunub. E.Məmmədov dini ədəbiyyatın tərcüməsi ilə məşğul olanların dini bilgilərinin olmasının vacibliyinə də toxunub.

Yazıçı, ilahiyyatçı-psixoloq Rövşən Abdullayev çıxışında dini ədəbiyyatlar yazılarkən günümüzdə aktual olan mövzulara müraciətə, məntiqi arqumentlərə əsaslanmaya, dini tolerantlıq və məzhəblərarası vəhdətin qorunmasına, humanizm prinsiplərinin təbliğinə xüsusi diqqət yetirilməsinin əhəmiyyətinə diqqət çəkib.

Konfrans ölkəyə idxal olunan və ölkədə nəşr olunan dini təyinatlı ədəbiyyatın ekspertizası, bu sahədə nəşriyyatların üzərinə düşən vəzifələrin müzakirəsi ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Eşqi Bağırov: Agentliyin fəaliyyəti dövründə 112 müəllimin iş yeri dəyişdirilib

Bəzi dağlıq və dağətəyi ərazilərdə havanın arabir yağıntılı olacağı gözlənilir

Agentlik rəhbəri: Bağçalarda aparılan monitorinqlər nəticəsində 40-a yaxın müdir işdən çıxarılıb

Eşqi Bağırov: Hədəf məktəbəqədər təhsilin əhatəliliyini 30 faizdən 50 faizə çatdırmaqdır

UEFA Avropa Liqası: Yarımfinala vəsiqə qazanacaq komandalar bəlli olur

Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH

Qətər İsrail ilə HƏMAS arasında vasitəçilik missiyasını yenidən nəzərdən keçirəcək

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-a səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq