CƏMİYYƏT


Bakıda “Dost axtarılır-2” xeyriyyə art-layihəsi keçiriləcək

Bakı, 3 oktyabr, AZƏRTAC 

Oktyabrın 6-7-də Bakıda sahibsiz heyvanlar üçün “Nuhun gəmisi” sığınacağının və “Pullman Baku” otelinin təşkilatçılığı ilə xeyriyyə layihəsi keçiriləcək.

Tədbirin təşkilatçılarının AZƏRTAC-a verdiyi məlumata görə, qonaqları istedadlı ustaların əl işlərindən ibarət unudulmaz satış-sərgi gözləyir. Saat 12.00-dan 18.00-dək “Pullman Baku” otelində açıq səma altında qazon üzərində içərisində it və pişik balaları olan qəfəslər düzüləcək. Bu, istirahət günlərini ailə ilə birlikdə geniş meydançada keçirməyə gözəl fürsətdir. Uşaqlar istəsələr, burada “Dost axtarılır-2” aksiyasının dördayaqlı qonaqları ilə təmasda ola bilərlər.

Sərgidə, həmçinin evdə saxlamaq üçün heyvan seçmək mümkündür. Burada özünə ev və qayğıkeş sahib axtaran pişik və itlər olacaq. İştirakçılar tədbir zamanı bəyəndikləri heyvanı özləri ilə evə də apara bilərlər. Belə tədbirlər dəfələrlə təşkil edilsə də, lakin açıq səma altında birinci dəfə keçiriləcək.

Bundan əvvəlki aksiyalarda onlarca heyvan özünə qayğıkeş sahib tapıb.

Otelin foyesində eyni vaxtda keçiriləcək əl işləri sərgisində özünüzə və yaxınlarınıza hədiyyə əldə edə biləcəksiniz. Satışdan gələn vəsaitin bir hissəsi evsiz heyvanlara sərf olunacaq.

Tədbirdə sahibsiz heyvanlar üçün bir neçə sığınacaq - IDEA Animal Care Center – IACC, “Nuhun gəmisi”, “Friends”, “Evsiz heyvanlara yardım” və “Toplan” himayələrində olan heyvanlarla iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.