CƏMİYYƏT


Bakıda “Dostluq” layihəsinin 10 illiyi qeyd edilib

Bakı, 29 iyul, AZƏRTAC

Bakıda “Dostluq” layihəsinin 10 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Norveçin Azərbaycandakı müvəqqəti işlər vəkili Veqard Stensrud “Dostluq” layihəsinin ölkədə ən uğurlu layihələrdən biri olduğunu vurğulayıb. O, layihənin nailiyyətlərini iki ölkə arasındakı münasibətlərin möhkəmlənməsinə müsbət təsir kimi qiymətləndirib.

Daha sonra iştirakçılar layihənin onların həyatında oynadığı rolu, beynəlxalq əməkdaşlıq yolu ilə əldə etdikləri uğur və bacarıqları barədə danışıblar, eləcə də onların təhsil və karyeralarında uğur qazanmalarına köməyini vurğulayıblar.

Tədbir iştirakçıları gələcək planlarından danışıblar. 2018-2019-cu ildə təbiətdə yaşamı gənclərə aşılamaq, eləcə də ölkələr arasındakı dostluğun möhkəmləndirilməsində xidmət etmək üçün qış və yay düşərgələri təşkil olunacaq.

Layihənin əsas məqsədi azərbaycanlı və norveçli uşaq və gənclər arasındakı əməkdaşlığa əsaslanaraq təbiət və ətraf mühitlə tanışlıq, açıq havada keçirilən idman növlərinə gənclərin marağının artırılması, eləcə də hər iki dövlət və xalqlar arasındakı əməkdaşlığı inkişaf etdirmək məqsədilə hər iki dövlətin mədəniyyət və ənənələri ilə tanışlıqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.