Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir

Bakı, 30 may, AZƏRTAC

Azərbaycanda məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsi üçün təlim kurslarının növbəti mərhələsi kimi, növbəti dörd günlük seminar öz işinə başlayıb. Seminarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK), Beynəlxalq Əmək Təşkilatı (BƏT) və BMT İnkişaf Proqramının (BMT İP) nümayəndələri, yerli və beynəlxalq ekspertlər iştirak edir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxış edib. Bildirib ki, əmək resurslarının səmərəli məşğulluğunun təminatı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu sosial-iqtisadi islahatların əsas hədəfləri sırasındadır. Son 10 il ərzində dinamik iqtisadi inkişaf şəraitində ölkəmizdə 1,6 milyondan artıq yeni iş yeri yaradılıb, işsizliyin kəskin şəkildə azalaraq 5 faizə enməsinə nail olunub: “Bununla yanaşı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sisteminin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin fəaliyyətinin müasir beynəlxalq standartlar əsasında qurulması, o cümlədən bu sahədə əmək bazarının çağırışlarına adekvat cavab verə bilən kadr potensialının formalaşdırılması yönündə də addımlar atılır”.

Nazir müavini diqqətə çatdırıb ki, ötən il Dövlət Məşğulluq Xidməti orqanlarının strukturunun optimallaşdırılması və fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə müvafiq işlər görülüb: “Azərbaycan hökuməti ilə BƏT arasında imzalanmış “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nda nəzərdə tutulan əsas istiqamətlərdən biri də Dövlət Məşğulluq Xidmətinin kadr potensialının gücləndirilməsi, işçilərinin peşə, bilik və bacarıqlarının artırılmasıdır. Ölkə Proqramına uyğun olaraq, BƏT-lə birgə təşkil olunan təlim kursları da respublikamızda bu sahədə aparılan işlərə fəal dəstək vermək məqsədi daşıyır”.

M.Kərimli qeyd edib ki, təlim kurslarının ilk mərhələsi cari ilin fevral ayında keçirilib və əmək bazarı üzrə əhatəli siyasət proqramlarının hazırlanması, gənclərə və həssas qruplara yönəldilmiş fəal əmək proqramları və tədbirlərin təşkili, əmək bazarına dair effektiv informasiya sisteminin qurulması, məşğulluq orqanlarının işində sosial dialoqun inkişafı və s. kimi vacib mövzuları əhatə edib. Hazırkı təlim kursunda da əmək bazarının vəziyyəti və müşahidə olunan meyillər, məşğulluq orqanlarının fəaliyyətinin mövcud vəziyyəti və gələcək perspektivləri, onların işinin əmək bazarının çağırışları əsasında qurulması, mövcud problemlər və onların həlli yolları, digər məsələlər beynəlxalq ekspertlərlə birgə təhlil olunacaq, geniş təcrübə və fikir mübadilələri aparılacaqdır”. M.Kərimli ölkəmizdə işsizlikdən sığorta sisteminin yaradılması, özünüməşğulluq proqramının icrası, üçtərəflilik (tripartizm) prinsipinin gücləndirilməsi sahələrində aparılan işlər barədə də məlumat verib.

AHİK sədrinin birinci müavini İlyas Əliyev “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın əmək və məşğulluq sahəsində fəaliyyətdə sosial dialoqun inkişafını da vacib prioritetlərdən biri kimi müəyyən etdiyini bildirib. O, təlim kurslarında bu mövzuya da geniş yer ayrılmasının əhəmiyyətini qeyd edib, keçirilən seminarların faydalı olduğunu vurğulayıb.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov əmək resurslarının məşğulluğunun təminatında özəl sektorun mühüm rola malik olduğunu, aktiv sosial müdafiə tədbirlərinin uğurlu təşkilində məşğulluq orqanları ilə sahibkarlar arasında səmərəli sosial tərəfdaşlığın önəmini qeyd edib. V.Zeynalov hazırkı seminarın bu sahədə də fəaliyyətin təkmilləşdirilməsinə institusional dəstək xarakteri daşıdığını bildirib.

BMT İP-nin İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrup rəhbəri Corc Buma diqqətə çatdırıb ki, təmsil etdiyi təşkilat gənclərin əmək bazarına inteqrasiyası və məşğulluğunun artırılması üçün ölkəmizdə aparılan mühüm işlərə daim öz dəstəyini verir. C.Buma BƏT-lə birgə təşkil olunan bu təlim kurslarının gənclərlə iş sahəsində də məşğulluq xidməti orqanlarının potensialının gücləndirilməsinə yeni imkanlar açdığını qeyd edib.

Daha sonra BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupunun, BƏT-in Mərkəzi Asiya və Şərqi Avropa ölkələri üzrə Ofisinin məşğulluq üzrə baş mütəxəssisi Mixail Puşkin “Beynəlxalq Əmək Standartları. Dövlət Məşğulluq Xidmətlərinin rolu: ümumi baxış” mövzusunda təqdimatla çıxış edib.

Seminarda BƏT-in ekspertləri Yuri Qertsiyin, Yuliya Surinanın, BMT İP-in eksperti Vesna Dzuteska Bişyevanın, Avstriya Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Helen Sengstbratlın, Rusiya Federasiyası Krasnoyarsk diyarının Məşğulluq Agentliyinin müdiri Viktor Novikovun təqdimatları da nəzərdə tutulub. Tədbirin gündəliyində “Məşğulluq xidməti orqanları tərəfindən işaxtaranlar üçün göstərilən xidmətlər”, “Aktiv və passiv əmək bazarı tədbirləri”, “Peşə sahələri üzrə məsləhətlərin verilməsi”, “Əmək bazarı üzrə məlumatlar və əmək bazarı statistikası”, “Məşğulluq üzrə yerli tərəfdaşlıq: müsbət təcrübələr” və s. mövzular əhatə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib