Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransı keçirilir [YENİLƏNİB] VİDEO

Bakı, 8 sentyabr, Nihat Budaqov, AZƏRTAC

Sentyabrın 8-də Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf üzrə əməkdaşlıq proqramı”) konfransı öz işinə başlayıb. Konfransda Azərbaycan da daxil olmaqla 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilat, o cümlədən 3 Nobel mükafatçısı iştirak edirlər.

AZƏRTAC xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev müstəqil Azərbaycanın Gömrük Xidmətinin yaradılmasının 1992-ci ilə təsadüf etdiyini deyib. Bildirib ki, buna baxmayaraq Azərbaycan qədim İpək yolunun üzərində olduğu üçün ölkəmizin bu sahədə min illik təcrübəsi var. Müstəqil Gömrük Xidməti yaradılandan sonra hər yerdə əsas faktor olan, onun müvəffəqiyyətlə həyata keçirilməsi üçün əsas amillər – hüquqi bazanın yaradılması, maddi-texniki imkanların möhkəmləndirilməsi və ən əsası isə kadrların hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması diqqət mərkəzində saxlandı.

Gömrük sahəsində professional səviyyənin artırılması və gömrüyün praktiki təcrübəsinin elmi əsaslarla birləşdirilməsi zərurətinin bu gün gündəmdə olan ən vacib məsələlərdən olduğunu deyən A.Əliyev qeyd edib ki, gömrük işinin min illik tarixi var. Çünki ticarət mübadiləsi, beynəlxalq ticarət gündəmə gələn vaxtdan gömrük sahəsində işlər – o vaxtkı adı ilə vergitutma bazası, yüklərin sərhəddən keçirilməsi və digər məsələlər gündəmdə olmuşdu. Qloballaşan dünyada və ticarət həcminin artması ilə bağlı, eyni zamanda gömrük sahəsində hüquqpozmaların çoxalması ilə əlaqədar iqtisadi təhlükəsizliyin təmin olunmasında gömrüyün üzərinə düşən vəzifələrlə bağlı gömrük orqanlarının dünyadakı vəzifələri artıq getdikcə böyüyür və məsuliyyət artır.

Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov deyib ki, ölkəmizin tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşməsi respublikamıza Şimal-Cənub və Qərb-Şərq arasında körpü rolunu oynamasına əlverişli şərait yaradıb. O bildirib ki, tarixi böyük İpək yolunun Azərbaycandan keçməsi dünya ticarəti ilə intensiv şəkildə əlaqə yaradılmasında müstəsna rol oynayıb və ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində mühüm addımların atılmasına səbəb olub.

“Müasir qloballaşan dünyada nailiyyətlərin əldə olunması və iqtisadiyyatın inkişaf etdirilməsi mühüm amillərdəndir. Hazırkı dövrdə güclü iqtisadiyyata malik olmaq üçün bir sıra sahələrlə yanaşı gömrük sahəsinin də inkişaf etdirilməsi mühüm məsələdir. Bu baxımdan gömrük sahəsində potensialın inkişaf etdirilməsi, elmi və təcrübi biliklərə nail olunması istiqamətlərində görülən işlər daim diqqət mərkəzində olmalı, gömrükçülərin peşə biliklərinin artırılması istiqamətində zəruri addımlar atılmalıdır. Gömrük orqanlarının potensialının gücləndirilməsi, qlobal ticarət zəncirinin təhlükəsizliyinin təmin edilməsi və iqtisadi nailiyyətlərin əldə olunması gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir”, - deyə Azərbaycanın Baş nazirinin müavini vurğulayıb.

A.Şərifov qeyd edib ki, hər bir ölkənin həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etməsi üçün güclü təhsilə malik potensialı və savadlı kadrları olmalıdır. Dünya Gömrük Təşkilatının devizi olan “Bilik gömrüyün təkmilləşdirilməsində katalizatordur” ifadəsi həqiqətən də yerinə düşür. Bu baxımdan dövlətin iqtisadi maraqlarının mühafizəsini təmin edən gömrük orqanları daim öz potensialını gücləndirməli, elm və təhsil sahəsində innovasiyalara yiyələnməli və qabaqcıl təcrübi biliklərə malik olmalıdırlar.

Dünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya konfransın əhəmiyyətindən danışaraq, belə bir mötəbər tədbirin, o cümlədən də PICARD-ın 10-cu yubiley yığıncağının Bakıda keçirilməsini əlamətdar hadisə adlandırıb. Qeyd edib ki, regional inteqrasiyada əsas məsələ regional miqyasda belə təchizat zəncirinin formalaşdırılması və bunun növbəti mərhələlərdə daha da inkişaf etdirilməsi üçün gömrük iqtisadi sistemlərə, həmçinin ölkələrin rəqabət gücünün artırılmasına və möhkəmləndirilməsinə öz töhfəsini verməlidir. Gömrük prosedurlarından gələn daxilolmaların vacib olduğunu deyən K.Mikuriya bu daxilolmaların səmərəli və ədalətli qaydada yığılmasının vacibliyinin hər zaman gündəmdə saxlanılmasının əhəmiyyətini qeyd edib.

“Gömrük xidmətləri arasındakı əməkdaşlıq əldə edilən məlumatları daha da zənginləşdirir və bu məlumat əsasında qeyri-qanuni əməllərə qarşı mübarizə daha da gücləndirilir, səmərəli qaydada həyata keçirilməsinə isə müsbət şərait yaradır. Sərhədləri əlaqələndirilmiş qaydada idarəetmə isə qarşıda duran əsas məsələlərdən biridir. Burada söhbət təkcə qeyri-qanunu hallarla mübarizədən getmir, biz həmçinin qanuni ticarətin asanlaşdırılmasına öz töhfələrimizi verməliyik. Yəni bizdə yeni baxış olmalıdır. Əminəm ki, bu konfrans gömrük sahəsində qeyd edilən həmin məsələlərin ətraflı müzakirə olunmasına, qarşılıqlı dialoqa və fikir mübadiləsinə imkan yaradacaq”, - deyə Dünya Gömrük Təşkilatının baş katibi vurğulayıb.

Koreya Respublikasının Gömrük Xidmətinin sədr müavini Don-Hyunq Linin isə deyib ki, dünyada gömrük xidməti və gömrük rəsmiləri qarşısında böyük tələblər, vəzifələr var. Bunun üçün də, ticarətə arxa olunmalı, təhlükəsizlik təmin edilməli, malların ticarəti asanlaşdırılmalı, o cümlədən də gömrük rəsmiləşdirilməsi daha münasib tərzdə aparılmalıdır.

“Lakin bu yeni çağırışlar yaradır. Belə ki, ticarət həcminin artırılması artıq sərhədləri aşaraq və ya bir sərhədi keçərək müəyyən əmtəələrin, xidmətlərin çatdırılması məsələsini qarşımızda əsas məqsəd qoyur. Əlbəttə bu, xarici ticarət əməliyyatlarının geniş şəkildə və sürətlə artmasına gətirib çıxarır. Məhz ona görə, Ümumdünya Ticarət Təşkilatının ticarətin asanlaşdırılması ilə bağlı Sazişinin daha sürətli qaydada həyata keçirilməsini təmin etmək üçün qarşımızdakı bütün vəzifələrin öhdəsindən gəlməliyik və bütün potensialımızı səfərbər etməliyik”, - deyə Koreya Respublikasının Gömrük Xidmətinin sədr müavini deyib.

O bildirib ki, ictimaiyyətin sağlamlığı və ölkənin təhlükəsizliyi məsələləri heç bir halda, heç vaxt gündəmdən çıxarılmamalı və nəzərdən qaçmamalıdır. Ayrı-ayrılıqda heç bir gömrük xidməti bu vəzifələrin öhdəsindən gələ bilməz. Məhz ona görə də, gömrük xidmətləri birgə işləməli, bu siyasəti və sistemləri müştərək qaydada yaradıb ərsəyə gətirməlidirlər. Bunun üçün də, həm dövlət, həm özəl, həm də akademik dairələrin nümayəndələri dərin və geniş müzakirələrə cəlb edilməlidirlər. Bakıda keçirilən 10-cu PICARD konfransı gömrük qarşısında olan genişçeşidli məsələlərin müzakirəsinə əlverişli şərait yaradır. Burada dəyər zənciri, o cümlədən də mal əmtəəsinin təhlükəsizliyi barədə geniş fikir mübadiləsi aparılır.

Konfransda Nobel mükafatı laureatı, Harvard Universitetinin (ABŞ) professoru Erik Maskin “Niyə qlobal bazarlar inkişaf etməkdə olan ölkələrdə bərabərsizliyi azalda bilmədi?” və Beynəlxalq Vergi və Tərəqqi Mərkəzinin baş direktoru (Birləşmiş Krallıq) Mik Mur isə “Beynəlxalq əməkdaşlıq: ticarət və vergilərin müqayisəsi” adlı əsas məruzələrlə çıxış ediblər.

Çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb və məruzəçilərə çoxsaylı suallar ünvanlanıb.

Daha sonra konfrans “Gömrük əməkdaşlarının təşviq edilməsi amilləri” və “Qlobal dəyər zəncirləri” adlı sessiyalarla işini davam etdirib və bu mövzularda məruzələr dinlənilib.

Konfrans sentyabrın 11-dək davam edəcək.

Bakıda Dünya Gömrük Təşkilatının 10-cu illik PICARD konfransı keçirilir [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Telegram”da yeni funksiyalar olacaq

Təhsil müəssisəsində aşkar edilən qanunsuzluqlarla bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

XƏBƏRDARLIQ: Hava şəraiti dəyişəcək, külək, yağış, qar, daşqın və sel gözlənilir

Aygün Zərbəliyeva: “Meta”da təxminən 20 nəfər azərbaycanlı çalışır

Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək

Aşqarlar Kimyası İnstitutunda mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb

“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər

Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb

Gənclərə ətraf mühitin qorunması, alternativ enerji mənbələri mövzularında təlim keçirilib

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Tovuzda 40 yaşlı kişini “tok” vurub öldürdü

“2026-cı ilə qədər 6000 keçmiş məcburi köçkünün peşə təliminə cəlb olunması nəzərdə tutulub” - AÇIQLAMA

® Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

® “PAŞA Qrup” şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib

"Aqroservis" ASC-nin sədr müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlarla tanış olub

“AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində “FileSender” xidməti istifadəyə verilib

Azərbaycan alimi nüfuzlu jurnalın redaksiya heyətinin üzvü seçilib

® “Unibank” biznes mobil bankçılıq üzrə ən yaxşı banklar siyahısındadır

Turizm və Menecment Universitetində 1918-ci il mart soyqırımına həsr olunan tədbir keçirilib

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi – “Turk Discovery” yutub platforması

Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar

BMU-da Azərbaycanlıların Soyqırımı Günü qeyd olunub

Ömür boyu eyni yerdə işlədi, İkinci Dünya müharibəsindən sonra Türkiyəyə yollanmış atasını tapdı... Vəfalı oldu

Kukla Teatrında növbəti xeyriyyə aksiyası

Almaniyada kimlər daha çox pensiya alır?

Aqrar sığorta eksperti təlimi üçün müraciət müddəti uzadılıb

Havada toz müşahidə olunur

Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdəndir RƏY

Qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib

Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir

Ceyhun Kərəmov: Böyük Qayıdış regionda peşə təhsili sistemi üçün də yeni imkanlar açır - YENİLƏNİB

Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək

İsveçrənin hidrogen qatarı rekord vurub

“Meta” səsimizi dinləyirmi? Şirkətin London ofisində çalışan azərbaycanlı ilə MÜSAHİBƏ

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2016-cı il 7 sentyabr tarixli 1617050000011400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2015-ci il 19 may tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının QƏRARI

Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb

Tədqiqat: Təbii və süni dadlandırıcılar qanda şəkəri azaldır

Bakıda informasiya texnologiyaları və onların tətbiqi üzrə 2-ci beynəlxalq konfrans keçiriləcək

Laçındakı Aqrosənaye parkında 46 müəssisə fəaliyyət göstərəcək

Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub

Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb

Yaz mövsümü və allergik xəstəliklər

Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub

Deputat: Mart soyqırımları bəşər tarixində ən qanlı faciələrdəndir

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar - Plastik tullantıların təbiətə zərəri

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB VİDEO

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO