İQTİSADİYYAT
Bakıda “Dünya Qadın Sahibkarlığı Günü” qeyd edilib
Bakı, 24 dekabr, AZƏRTAC
“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi (DVC) “Qlobal sahibkarlıq həftəsi” çərçivəsində “Dünya Qadın Sahibkarlığı Günü”nü qeyd edib.
İctimai birlikdən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi ölkəmizdə qadın sahibkarlığının inkişafına dəstək vermək, bu mövzuya ictimai maraq oyatmaq, gənc xanımların biznes təcrübələrini genişləndirmək və aralarında tərəfdaşlıq mühitini formalaşdırmaqdır.
“Azerbaijan Coca-Cola Bottlers” şirkətinin insan resursları departamentinin rəhbəri və “Coca-Cola” Qadınlar Klubunun təsisçisi Banu Kokoz, “Sidus Group” şirkətinin rəhbəri Gülnarə Həsənova, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin PR mütəxəssisi Aytən Əliyeva və digərləri öz təcrübələrini gələcəyin sahibkarları ilə bölüşüb, uğur hekayələrini paylaşıb və gələcək həmkarlarına bilik və bacarıqlarını çatdırıblar. Sonra iştirakçılar müzakirələrə qoşularaq, suallarını sahibkar xanımlara ünvanlayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2020 [17:52]
“Made in Uzbekistan Online” biznes forumunun açılışı olub
- 08.07.2019 [17:47]
Azərbaycan sahibkar və menecerləri Almaniyada ixtisasartırma kursunda olub
- 01.07.2019 [18:41]
Bakıda Azərbaycan-Hindistan biznes forumu keçirilib
- 25.06.2019 [11:46]
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib YENİLƏNİB
- 20.06.2019 [15:07]