CƏMİYYƏT


Bakıda Dünya Skaut Komitəsinin prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilər keçirilib VİDEO

Bakı, 17 avqust, AZƏRTAC 

Bakıda təşkil olunan 41-ci Dünya Skaut Konfransının dördüncü günündə - avqustun 17-də Dünya Skaut Komitəsinin prezidenti və vitse-prezidenti vəzifələrinə səsvermə keçirilib.

AZƏRTAC xəbər verir ki, səsvermənin nəticələri avqustun 18-də elan ediləcək.

Konfransın dördüncü günündə, həmçinin plenar iclas və sessiyalar keçirilib, gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparılıb. Bundan başqa, 2020-ci ildə keçiriləcək 42-ci Dünya Skaut Konfransına və 14-cü Dünya Skaut Gənclər Forumuna ev sahibliyinə namizəd ölkələrdən olan Misirin nümayəndələri tərəfindən təqdimat gecəsi təşkil edilib. Təqdimat mərasimində Misirin mədəniyyəti, tarixi və turizm potensialı barədə videoçarx nümayiş olunub. Tədbir iştirakçılarına bu ölkənin milli mətbəxinin nümunələri və şirniyyatları təqdim edilib.

2020-ci ildə keçiriləcək 42-ci Dünya Skaut Konfransına və 14-cü Dünya Skaut Gənclər Forumuna ev sahibliyinə digər namizəd ölkə Malayziyadır. Hər iki namizəd arasından qalib sabahkı səsvermənin nəticəsində məlum olacaq.

41-ci Dünya Skaut Konfransına avqustun 18-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.