İQTİSADİYYAT


Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə ustad dərsi təşkil olunacaq

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 24-25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, Avropa İttifaqının və BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının dəstəyi ilə keçirilən Bakı Elektron Ticarət Forumu çərçivəsində tanınmış beynəlxalq ekspertlər tərəfindən “E-ticarət bacarıqlarının inkişaf etdirilməsi” üzrə ustad dərsi təşkil olunacaq.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, gənclərin və startapçıların böyük marağına səbəb olacaq seminarın əsas natiqi qismində “Grow Global” kitabının müəllifi kimi məşhurlaşan böyük britaniyalı Sarah Karrol çıxış edəcək. Ustad dərsində iştirak etmək üçün sentyabrın 21-i saat 16:00-dək Bakı Elektron Ticarət Forumunun Təşkilat Komitəsi ilə əlaqə saxlayaraq ([email protected], tel.: (012) 5391797) qeydiyyatdan keçmək tələb olunur.

Bakı Elektron Ticarət Forumu elektron ticarət dünyasının cari il üzrə ən maraqlı beynəlxalq tədbirlərindəndir və bir çox yeniliklərlə yadda qalacaq.

İki gün davam edəcək foruma 300-dən artıq yerli və xarici iştirakçının qatılacağı gözlənilir.

Tədbirdə beynəlxalq təşkilatlar, dövlət qurumları, kiçik və orta sahibkarlar, startaplar, ictimai təşkilatlar və investorlar təmsil olunacaq.

Forum iştirakçıları elektron ticarət sahəsində zəngin təcrübəyə malik olan tanınmış spikerləri dinləmək, e-ticarət ilə bağlı təsəvvürü və bilik dairəsini genişləndirmək, habelə praktik vərdişlərə yiyələnmək imkanı qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.