MƏDƏNİYYƏT


Bakıda “Ey Azərbaycanım” mahnısına çəkilmiş klipin təqdimatı keçirilmişdir VİDEO

Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də “Park Bulvar” ticarət və əyləncə mərkəzində Səbinə Babayevanın ifa etdiyi “Ey Azərbaycanım” mahnısına Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış klipin təqdimat mərasimi keçirilmişdir.

AZƏRTAC xəbər verir ki, “Ey Azərbaycanım” mahnısının musiqisi Mikayıl Vəkilova, sözləri isə Malik Fərruxa məxsusdur.

Tədbirdə teleaparıcı Murad Dadaşov çıxış edərək bəstəkar Mikayıl Vəkilovun “Karvan” qrupu üçün yazdığı bu mahnının Səbinə Babayevanın ifasında özünəməxsus şəkildə təqdim etməsini yüksək qiymətləndirmişdir. Mahnının illərlə yaşayacağını qeyd edən M.Dadaşov demişdir ki, ötən illər ərzində “Ey Azərbaycanım” mahnısı xalq himninə çevrilmişdir.

“Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmiş Səbinə Babayeva bu ifanı çox önəmli hesab etdiyini demişdir. O, uşaqlıqdan oxumağı arzuladığı mahnının klipinin çəkilişlərinə göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna və Gənclər və İdman Nazirliyinə xüsusi minnətdarlığını bildirmişdir.

Mahnın sözlərinin müəllifi olan mərhum şair Malik Fərruxun qızı Günay Malikqızı qeyd etmişdir ki, uzun illərdən sonra bu əsərə gənc istedadların müraciət etməsi sevindirici haldır.

Prodüser Hüseyn Cavadzadə bildirmişdir ki, klipin əsas ideyası Azərbaycanın bugünkü inkişafını göstərməkdir. Klip təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də nümayiş olunacaqdır. İlkin olaraq bu yaxınlarda klip “FM TV” beynəlxalq portalda yayımlanacaqdır.

Daha sonra “Ey Azərbaycanım” mahnısına 3D qrafikası ilə çəkilmiş klip nümayiş olunmuşdur. Klip tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.