CƏMİYYƏT


Bakıda Gənclərin beynəlxalq karyera forumu keçiriləcək

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə yanvarın 25-də Bakıda “Gənclərin karyera imkanları: Azərbaycan modeli” mövzusunda beynəlxalq gənclər forumu keçiriləcək.

Forumda Polşa, Rumıniya, Serbiya, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Moldova və Azərbaycandan olan gənc liderlərin iştirakı nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, “Birlikdə daha yaxşı yaşamaq üçün!” şüarı ilə keçiriləcək beynəlxalq forum bu gün aktual problemə çevrilən gənclərin karyera, iş imkanları, yeni sosial yanaşmalar, məşğulluq və işsizlik məsələlərinə dair geniş müzakirə və təqdimatların təşkilini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, beynəlxalq təcrübə-informasiya mübadiləsini, bu sahədə uğurlu modellərin, o cümlədən Azərbaycan modelinin təhlilini, təbliğini və mövzu istiqamətində gənclərin regional şəbəkəsinin qurulmasını özündə ehtiva edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.