Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib [YENİLƏNİB] VİDEO

Bakı, 21 noyabr, AZƏRTAC

Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfrans Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, BMT-nin Əhali Fondu, BMT-nin İnkişaf Proqramı, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və digər qurumların təşkilatçılığı ilə baş tutub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının qadınların həyatında müstəsna rolunu vurğulayıb. Bildirib ki, kampaniya çərçivəsində ölkəmizdə “Qadınlara qarşı zorakılığa yox deyək!” layihəsi üzrə bir sıra tədbirlər həyata keçirilir. Bu tarix gündəlik həyatında istənilən zorakılığa məruz qalan çoxsaylı qadınlar adından bir çağırışdır. Zorakılığın ən ağır formalarından biri də hərbi münaqişələr zamanı qadınların kütləvi şəkildə hüquqlarının pozulmasıdır. Ermənistanın ölkəmizə silahlı təcavüzü nəticəsində minlərlə azərbaycanlı qadın həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Dövlətimizin və beynəlxalq təşkilatların səylərinə baxmayaraq hələ də əsirlikdə qalan, itkin düşən qadınlarımızın taleyindən heç bir xəbər yoxdur.

Komitə sədri qeyd edib ki, Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın böyük dəstəyi ilə ölkəmizdə güclü hüquqi qanunvericilik bazası əsasında qadınlar üçün bərabər imkanların yaradılması və sosial həyatın bütün sahələrində onların aktiv iştirakı üçün mühüm işlər görülür. Hazırda bütün icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb, gender məsələləri üzrə əlaqələndirici şəxslər təyin edilıb. Monitorinq qrupları baş vermiş zorakılıq hallarını araşdırır, qurbanların müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə funksiyaları həyata keçirir.

“Bütün dünyada, o cümlədən Azərbaycanda qadın hüquqlarının təmin edilməsi sahəsində əldə edilmiş böyük uğurlarla yanaşı, bir sıra problemlər aktuallığını saxlamaqdadır. Erkən nikahlar, gender əsaslı zorakılıq, məişət zorakılığı və digər problemlərin həlli üçün hələ çox iş görülməlidir. Yanlış dini təsəvvürlərin, stereotiplərin, adət-ənənələrin aradan qaldırılması üçün dövlət orqanları və vətəndaş cəmiyyətinin fəaliyyəti daha da gücləndirilməli, aparılan aksiyalar davamlı olmalıdır. Kütləvi informasiya vasitələrində belə mövzulara həssaslıqla yanaşılmalı, verilən məlumatlar insanların problemi daha düzgün dərk eləməsinə xidmət etməlidir. Biz ümid edirik ki, birgə səylərimizlə insan ləyaqətinə yaraşmayan bu problemin aradan qaldırılması istiqamətində davamlı aparılan tədbirlər öz müsbət nəticələrini verəcək”, - deyə H.Hüseynova əlavə edib.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsaqzai isə qadınlara qarşı zorakılığa son qoymaq üçün dövlət qurumları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın rolunu vurğulayıb: “Əsası cəmi bir neçə il bundan əvvəl qoyulan kampaniyanın indi milli səviyyədə daha çox iştirakçıları cəlb edən bir tədbirə çevrilməsi təqdirəlayiqdir”.

Milli Məclis sədrinin müavini Bahar Muradova çıxışında qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində aparılan bu kampaniyanın davamlı olacağına əminliyini ifadə edib. Azərbaycanda ali qanunvericiliyin qadınlar üçün böyük imkanlar yaratdığını deyən B.Muradova diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin diqqəti sayəsində ölkəmizdə qadın və uşaq hüquqlarının qorunması istiqamətində ciddi tədbirlər görülüb. Məişət zorakılığının qarşısının alınması Azərbaycanın dövlət qadın siyasətinin tərkib hissəsidir. “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanunun qəbul olunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rolu və fəaliyyəti xüsusi qeyd edilməlidir. Ölkəmizdə qadınların sosial durumunun yaxşılaşdırılması və onların ictimai fəallığının yüksəldilməsi istiqamətində mühüm addımlar atılıb. Son illərdə dövlət qadın siyasətinin gücləndirilməsi, eləcə də hüquqi bazanın yenidən təkmilləşdirilməsi istiqamətində qəbul olunan qanunlar bir daha göstərir ki, Azərbaycanda bu proses davamlı olub və heç bir mərhələdə dayanmayıb. Qadınlara qarşı zorakılığın aradan qaldırılması ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsində Azərbaycan parlamentinin üzərinə düşən vəzifələrdən və gördüyü işlərdən danışan Milli Məclis sədrinin müavini qeyd edib ki, Milli Məclisin deputatı, AŞPA nümayəndə heyətinin üzvü Sahibə Qafarovanın bu qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinə sədr seçilməsi bu istiqamətdə ölkəmiz üçün töhfələr verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə deyib ki, qadınlara qarşı zorakılıq yalnız Azərbaycanda deyil, digər dövlətlərdə də baş verir. Hələ də dünyanın müxtəlif ölkələrində qadınlara qarşı cinsi, fiziki və psixoloji zorakılıq faktları var. Əsas diqqəti qadın zorakılığını yaradan səbəblərə yönəldən M.Qurbanlı bildirib ki, bunu adət-ənənələrlə, dinlərlə bağlamaq düzgün deyil. Çünki bütün səmavi dinlərdə qadınlara yüksək ehtiram təbliğ olunur. Bütün dinlər, eləcə də İslam dini qadın zorakılığına qarşı çıxır.

M.Qurbanlı Azərbaycanda məişət zorakılığının kökünün olmadığını, qadının tarixən cəmiyyətdə və ailədə yüksək tutulduğunu qeyd edib.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycan hökumətinin qadınlara qarşı zorakılığın qarşısının alınması ilə bağlı həyata keçirdiyi tədbirləri alqışladığını deyib. Səfir qeyd edib ki, qadınların təhsilinə sərmayənin qoyulması gender əsaslı zorakılığın həlli yollarından biridir. “Yalnız qadınların hüquqlarının qorunması yolunda müəyyən addımlar atıldıqda cəmiyyətimizdə gender bərabərliyinin bərqərar olmasına nail ola bilərik. ABŞ Azərbaycanda dövlət qurumlarına, vətəndaş cəmiyyətlərinə qadınların səlahiyyətlərinin artırılması istiqamətində köməyini əsirgəməyəcək. Qadınların, qızların təhsil alması çox vacib amildir”, - deyə Robert Sekuta bildirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard isə təmsil olunduğu qurumun bu məsələyə xüsusi önəm verdiyini diqqətə çatdıraraq deyib: “Qadınlara qarşı zorakılıq dünyanın istənilən ölkəsində baş verir. Qadınlara qarşı bütün zorakılıqlar aradan qaldırılmalıdır”.

Milli Televiziya və Radio Yayımları Şurası sədrinin müavini Qafar Cəbiyev isə çıxışında bildirib ki, hərbi münaqişələrdə ilk zorakılığa məruz qalan qadınlar və uşaqlar olur. Onların yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edir. Q.Cəbiyev bildirib ki, məhz bu baxımdan zorakılığa məruz qalan qadınlara psixoloji, tibbi, hüquqi yardımın göstərilməsi və onların reabilitasiya olunaraq yenidən ailəyə, cəmiyyətə reinteqrasiya edilməsi üçün beynəlxalq qurumlar bu məsələnin müzakirəsinə daha çox vaxt ayırmalıdırlar. Sədr müavini ölkəmizdə fəaliyyət göstərən televiziya kanallarında çalışanların yarıdan çoxunun qadınlar olduğunu və qadınlarla bağlı bir çox verilişlərin yayımlandığını da iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ülvi Mehdiyev məişət zorakılığının qurbanları üçün istinad mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsi baxımından konfransın əhəmiyyətini qeyd edib. Ü.Mehdiyev diqqətə çatdırıb ki, “ASAN xidmət” mərkəzlərində işləyənlərin 54 faizi, könüllü kimi çalışanların isə 69 faizi qadınlar və qızlardır.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, “ASAN radio” və BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Sosial media üçün ən yaxşı audio-ssenari” müsabiqəsinin qalibləri elan edilib və mükafatlandırılıb.

Tədbirin sonunda məktəbli uşaqların hazırladığı “Zorakılığa yox deyək!” mövzusunda kompozisiya təqdim olunub.

Qeyd edək ki, “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası hər il noyabrın 25-də başlayır və dekabrın 10-dək davam edir.

Bakıda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına həsr olunmuş konfrans keçirilib [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əmək və əhalinin sosial müdafiəsi naziri Neftçalada vətəndaşları qəbul edib

Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək

Barselonada ekstremal quraqlıq hökm sürür

“Uğurlarımın arxasında duran ən böyük səbəb budur” – peşə məktəbi məzununun UĞUR HEKAYƏSİ

Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının proqramı açıqlanıb

Fransa dövləti və Daxili Təhlükəsizlik Baş İdarəsi məhbusu necə manipulyasiya edib?

Salyan sakinindən külli miqdarda heroin götürülüb

ABŞ-ın Ukraynaya yardımının ümumi məbləği 113 milyard dolları keçib

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO VİDEO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO