MƏDƏNİYYƏT


Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq

Bakı, 27 fevral, AZƏRTAC

Martın 5-də Akademik Opera və Balet Teatrında Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə rəssam və fotoqrafların “Harmoniya” adlı qrup sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, 8 mart- Beynəlxalq Qadınlar Gününə həsr olunacaq sərgidə 30-a yaxın rəssam, heykəltəraş və fotoqrafın 50-dən çox əsəri sərgilənəcək. Sərgi təsviri sənətin müxtəlif sahələri ilə yanaşı, bədii fotoqrafiya sənətinə olan marağı artırmaq, cəmiyyətdə qadının yeri və roluna diqqət çəkmək məqsədilə həyata keçirilir. Sərginin ekspozisiyasında müxtəlif üslub və texnikalarda işlənmiş rəngkarlıq, heykəltəraşlıq və bədii fotoqrafiya nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaqdır.

Sərgidə həmçinin “Parlaq” Yaradıcı Gənclər İctimai Birliyi öz musiqi nümunələri ilə çıxış edəcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.