MƏDƏNİYYƏT


Bakıda Hindistanın “Bihu” xalq rəqsinin təqdimatı olub

Bakı, 15 avqust, AZƏRTAC 

Avqustun 15-də Bakı Gənclər Mərkəzində Hindistanın müstəqilliyinin 73-cü ildönümü ilə bağlı “Bihu” xalq rəqsinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzin direktoru Rəvanə Həşimova çıxış edərək ölkəmizdə aparılan gənclər siyasəti barədə danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu gün Azərbaycan gəncləri böyük uğurlara imza atırlar.

Hindistanın Azərbaycandakı səfiri Bavintlunq Vanlalvavna ölkələrimiz arasındakı münasibətlərdən danışıb, qarşılıqlı əlaqələrin inkişafından məmnunluğunu ifadə edib.

Sonra “Bihu” xalq rəqsinin təqdimatı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.